ANA SƏHİFƏ
XƏBƏRLƏR
TƏRCÜMEYİ-HAL
PLATFORMA
YAZILAR
MÜSAHİBƏLƏR
MƏTBUATDAN
RƏYLƏR
FORUM
FOTO SƏRGİ
BİZİMLƏ ƏLAQƏ
MƏCLİS İCLASLARI
ARXİV



 

 

 

www.fmuradov.az


 
 

 

 

Varlının birisi buranı pullu yeraltı avtomobil dayanacağına çevirmək istəyir.
Muradov Fuad Rauf oğlu 22 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Bakı şəhəri 6 saylı orta məktəbin I sinfinə daxil olub, 1996-cı  ildə həmin məktəbi bitirib. Həmin ildən 2001-ci ilə qədər ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) davam etdirib. 2001-ci ildə ADNA, Nitsa şəhərinin Sofiya Antipolis Universiteti (Fransa) və Genuya Şəhərinin Universitetlərinin (İtaliya) birgə magistraturasına «Ətraf mühit və neft sənayesi» ixtisası üzrə daxil olub. 2002-ci ildə magistraturanı bitirib, Azərbaycan Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun aspirantura bölməsinə daxil olub. 2001-ci ildən 2004-cü ilədək Azərbaycan Ekoloji Layihələr Mərkəzində Ekoloji menecer vəzifəsində çalışıb.
1996-cı ildən bir sira Gənclər Təşkilatlarının təsisçisi olub. 2002-ci ildən  Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi olub, 2004-cü ildən isə həmin quruma rəhbərlik edir. 2002-2004-cü illər ərzində Avropa Şurası və Avropa Birliyinin gənclər platforması olan Avropa Gənclər Forumunun Maliyyə Nəzarət Komissiyasının sədri kimi fəaliyyət göstərib. 2005 – ci ilin may ayından yeni yaranmış İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.  
29 saylı Səbail seçki dairəsindən namizədliyini irəli sürüb.

Vaxtilə Azərbaycana gələn xarici qonaqlar Bakının nə qədər gözəl, qədim tarixə malik və müasir şəhər olması barədə öz xatirələrində qeydlər edirdilər. Amma bu gün Bakının vəziyyətini görən insanlar, çox təəssüf hissi ilə paytaxtın bu qədər dəyişdiyini təsəvvür belə etmək istəmədiklərini bildirirlər. Doğrudanmı, biz bu gün Bakımızı itiririk və ya bu qloballaşan dünyanın tələblərindən biridir?
Mənim tələbəlik illərindən xatirimdədir ki, Bakının gözəlliyindən, yaşıllığından danışarkən mərhum prezidentimiz Heydər Əliyevlə bağlayırdılar. Bu insanın Bakı, Azərbaycan üçün etdiklərini yəqin ki, indiyə qədər heç kim etməyib,  Yəqin ki, bundan sonra da uzun müddət bunu heç kəs etməyəcək.  Son illər ölkə iqtisadiyyatı və əhalinin sosial vəziyyəti xeyli inkişaf edib. Hazırda bu proses davam edir. Bu inkişafın böyük bir hissəsi Bakının payına düşür. Hər gün paytaxtda yeni iş yerləri açılır. Məişət obyektləri tikilir, istirahət guşələri bərpa olunur, yaşayış binaları ucaldılır. Bunun özü inkişafdan xəbər verir.
Bu gün Bakı inkişaf etməklə yanaşı, həm də bir sıra problemlərlə üzləşib. Mən istəyirəm ki, diqqətinizi həmin problemlərdən bəzilərinə yönəldim. Bu günkü gəncləri daim düşündürən mühüm problemlərdən biri də ekoloji tarazlığın, təbiətin və onun sərvətlərinin qorunub saxlanılması və davamlı istifadəsidir.  Çünki əhalinin vəziyyəti, onun məskunlaşdığı ərazinin ətraf mühiti ilə sıx əlaqədardır. Bir qrup insan yeni tikililərin olmasını müasirliklə əlaqələndirərək, Bakının yeniləşməsini müsbət qiymətləndirirlər. Lakin əfsuslar olsun ki, Bakının yeniləşməsi vahid bir dövlət planı üzrə deyil, pərakəndə surətdə gedir. Demək olar ki, şəhərin infrastrukturu, ekoloji durumu  nəzərə alınmır. Təəssüf ki, son vaxtlar gözümüzün qabağında 10-20 illik, hətta daha yaşlı ağaclar amansızcasına qırılır. 
Seçki ərəfəsi olduğu üçün tez-tez öz seçicilərimlə görüşürəm. Görüşlər zamanı əhalini narahat edən çoxlu sayda problemlərlə rastlaşırıq. Maraqlı bir hadisəni danışım. Bir neçə gün bundan əvvəl Badamdar qəsəbəsində seçicilərlə görüşərkən qarşılaşdığım mənzərə məni dəhşətə gətirdi. Orada demək olar ki, 50-60 yaşlı ağaclar məhv olmaq təhlükəsi ilə üzləşib. Bir qrup varlı insan öz şəxsi maraqlarını cəmiyyət maraqlarından üstün tutaraq yerli əhalinin hüquqlarını pozur. Bu insanlar yalnız öz maraqlarını güdərək ən çirkin vasitələrə belə əl atmaqdan çəkinmirlər. Bu təkcə bir misaldır. Badamdarda yeni binaların pərakəndə tikilməsi təkcə yaşıllığın azalmasına yox, həm də kanalizasiya sisteminin dağılmasına gətirib çıxarır. Bu da bütün «Bakı Soveti», «Sahil» metrosu ərazisində yaşayan insanların narahatçılığına səbəb olur.  Təbii ki, bu binaların tikilməsinə sərəncam verən insanlar da yerli əhalinin vəziyyətini düşünmürlər.
Bundan başqa bir neçə gün bundan əvvəl Səbail rayon sakinlərindən də dəhşətli bir xəbər eşitdim. Onların dediyinə görə, metronun yanındakı «Sahil bağı» sökülmək üzrədir. Səbəb də hansısa varlının daha varlı olmaq istəyindən irəli gəlib. Nəticədə ətrafda yaşayan insanların təmiz hava alması və normal istirahətləri məhdudlaşdırılacaq. Bu insanlar parkı söküb yerində yeraltı avtomobil dayanacağı tikmək istəyirlər. Maraqlı orasıdır ki, park söküləcək, yeraltı pullu avtomobil dayanacağı tikiləcək. Təzədən üstündə həmin park bərpa ediləcək. Mən məsələnin mənəvi tərəfini bir kənara qoyub, bir vətəndaş və ekoloq kimi həmin insanlara sual vermək istərdim: 50-dən çox yaşı olan ağacların yenidən bərpa olunma mexanizmi necədir? Əgər onlar bu üsulu bilirlərsə, artıq bu özü dünya miqyasında bir «tapıntı»dır və buna görə onları mükafatlandırmaq lazımdır.
Tiknti abadlıqdır, tikinti inkişaf deməkdir. Bakı son illər geniş tikpnti meydanına çevrilib. Deməli, şəhərimiz həm inkişaf edir, həm də abadlaşır. Amma bu, ilkbaxışdan bel görünür. Ammu şəhərin Baş Planını tanımaq istəyən yoxdur. Abadlıq da, inkişaf da müəyyən plan əsasında olmalıdır. Bu olmayanda inkişaf tənəzzülə, abadlıq isə bərbadlığa çevrilə bilər.
Avropa ölkələrində tikinti şirkətləri ətraf mühitə ziyan vurmamaq üçün bir sıra tədbirlər həyata keçirirlər. Bildiyiniz kimi, Avropanın mərkəzi şəhərlərindən olan Brüsseldə bütün Avropada fəaliyyət göstərən şirkətlərin, transmilli korporasiyaların, beynəlxalq təşkilatların, Avropa Birliyi və Avropa Şurasının altqurumları yerləşir. Təbii ki, bu şəhərdə tikinti işləri də tez-tez aparılır. Avropa Gənclər Forumunun Maliyyə-Nəzarət Təftiş Komissiyasının sədri kimi, ildə bir neçə dəfə həmin şəhərdə oluram. Həmin müddət ərzində heç bir vaxt tikililərin ətrafının toz-torpağa bulaşmasını, maşın yolunun bağlanmasını, fəhlələrin təhlükəsizlik qaydalarından yayınmalarını görmürəm. Hər bir tikinti şirkəti tikintiyə başlamazdan əvvəl ətrafdakı insanları əvvəlcədən xəbərdar edir.
Maraqlıdır, Bakıda yeni binalar Avropa standartlarına uyğun tikilir, qiymətlər də heç də oradakından fərqli deyil. Amma göstərilən xidmətlər, insanlara olan münasibət nəinki Avropa standartlarına, heç inkişaf etməkdə olan ölkələrdəki vəziyyətlə də müqayisəyə uyğun gəlmir. Bəzi insanlar hətta Bakını Sinqapura bənzədirlər. Sinqapurda tikilən binaların şəhəri gözəlləşdirdiyindən danışırlar. Ancaq yadda saxlamaq lazımdır ki, Bakı Sinqapur deyil və Bakıda cəmi 4 milyon əhali yaşayır. Fikrimcə, kəsişən ensiz, kiçik küçələri, dar dalanları Bakıya xüsusi gözəllik verir.
Yenə seçicilərimlə görüşdən xatirimə düşən bir hadisəni sizinlə bölüşmək istəyirəm. Hamı bilir ki, Səbail rayonu ərazisi tikintilərlə bol ərazilərdən biridir. Burada hətta binaların arasında sakinlərin istirahət etmələri üçün hələ Sovet hakimiyyəti illərində yaradılmış bağça və parklar məhv edilir, dağıdılır. Yerində isə hündür mərtəbəli binalar tikilir. Halbuki, həmin ərazilərdən sakinlər, xüsusən uşaqlar və yeniyetmələr öz asudə vaxtlarını səmərəli keçirmək üçün istifadə edirdilər. Hündür tikililərin sahibləri, sifarişçiləri əfsuslar olsun ki, yalnız öz  əndazəsiz  qazanclarını düşünərək, hətta gələcək nəslin, övladlarımızın qayğısına belə qalmırlar.
Ətraf muhitin birbaşa qayğısına qalmalı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, onun tabeçiliyində olan müvafiq qurumlar, həmçinin  yerli icra hakimiyyətləri, bələdiyyələr isə bu işlərə çox biganədirlər. Bu binaların tikilməsinə icazə verən və nəzarət  edən təşkilatlar fikirləşmirlər ki, sabah bütün bu binalar tam gücü ilə fəaliyyətə başlayanda kanalizasiya suları hara axıdılacaq?! Birincisi, kanalizasiya xətlərinin gücü çatmayacaq, ikincisi də çirkab suların 60  faizdən çoxu təmizlənmədən Xəzərə axıdılacaq.
Bu gün içməli su ilə təchizat məsələsi də ürəkaçan vəziyyətdə deyil. Son 20 il ərzində paytaxt əhalisinin 2 dəfə artmasına baxmayaraq, su təchizatı eyni səviyyədə qalıb. Əsas 2 su mənbəyinin umumi həcmi cüzi artmış olsa da, su itkilərinin (su borularının çoxunun istismar müddəti keçib) həcmi dəfələrlə artıb. Güman edirəm ki, belə getsə yaxın gələcəkdə Bakı əhalisini susuzluq fəlakəti gözləyəcək. Suyun keyfiyyətinin pisləşməsi isə xəstəliklərin artmasına gətirib çıxara bilər. Bütün sadaladığımız bu problemlər onu göstərir ki, artıq həyəcan təbilinin çalınmasının vaxtı çatıb. İnanıram ki, hələ gec deyil!  Onu da əlavə edim ki, 50-ci illərdən başlayan  Bakının yaşıllaşdırılma planına qarşı hazırda böyük bir təcavüz edilməkdədir. Min bir əziyyətlə böyüdülmüş ağaclar insafsızcasına qırılır. Bu vandalizmin qarşısını almaq üçün yaşıl bağların, milli parkların sayı durmadan artırılmalıdır. Bu kimi məsələlər təbii ki, yerli icra hakimiyyəti orqanlarının diqqət mərkəzində olmalıdır. Onlar bu məsələ ilə bağlı öz məsuliyyətlərini dərk etməlidirlər. Təbii ki, əhali də bu cür həssas məsələlərdə çox diqqətli olmalıdır. 

«Şərq» 08.09.2005



Sülh döngəsi 2A
Tel.: (+99412) 5649014 / Faks: (+99412) 5649014
Mob.: (+99455) 782-72-27

fmuradov@fmuradov.az
www.fmuradov.az

Fuad Muradov
Səbail Rayonunu Millət Vəkili

MƏTBUATDAN
 

 


160 saylı məktəbdə Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Səbayel rayonundakı 160 saylı məktəbdə Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, Səbayel rayon İcra Hakimiyyətinin Azərbaycan Hüquqşünaslar Konfederasiyası ilə birgə keçirdiyi konfransa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov, millət vəkili Fuad Muradov və Ombudsman Aparatının əməkdaşları qatılıblar. Millət vəkili Fuad Muradov bildirib ki, Bəyannamənin 60 illiyi münasibətilə Səbayel rayonunda silsilə tədbirlər keçirilir. Bu tədbirlərə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi də dəstək verib. Millət vəkilinin sözlərinə görə, artıq rayonun bir neçə məktəbində belə tədbirlər keçirilib: “Biz istəyirik ki, uşaqlar insan haqları bəyannaməsini bilsinlər və gələcəkdə öz hüquqlarını bilən vətəndaşlar kimi yetişsinlər. Biz bu prosesə Səbayel rayonundan başladıq. İstərdik ki, digər rayonlar da bu aksiyalara qoşulsunlar”. Tədbirin sonunda məktəblilərin ifasında bəyannamənin müddəaları və insan haqlarına dair şerlər səsləndirilib.


Milli Məclisin üzvü Fuad Muradov İspaniyaya səfər edəcək
18:24 / 03.10.2008
Noyabrın 22-24-i tarixlərində Madrid şəhərində Avropa Gənclər Təşkilatlarının konfransı keçiriləcək. Tədbirdə iştirak etmək məqsədi ilə Milli Məclisin üzvü Fuad Muradov İspaniyaya səfər edəcək. Bu barədə məlumatı SİA-ya F.Muradov özü verib. Konfransda gənclərlə bağlı bir sıra məsələlər müzakirə olunacaq. Qeyd edək ki, F.Muradov oktyabrın 5-də isə Belçikanın paytaxtı Brussel şəhərinə səfərə gedəcək.

 


  • Gürcüstan görüşləri faydalı oldu / Xalq qəzeti - 3 avqust 2006 - cı il
  • Millət vəkili Fuad Muradov Səbail rayon sakinlərinin sosial problemlərinin həllində fəal iştirak edir
  • "Üç nöqtə" qəzeti: