ANA SƏHİFƏ
XƏBƏRLƏR
TƏRCÜMEYİ-HAL
PLATFORMA
YAZILAR
MÜSAHİBƏLƏR
MƏTBUATDAN
RƏYLƏR
FORUM
FOTO SƏRGİ
BİZİMLƏ ƏLAQƏ
MƏCLİS İCLASLARI
ARXİV



 

 

 

www.fmuradov.az


 
 

 

 

Bildiyiniz kimi Malayziya Baş nazirinin departamentində nazir Məhəmməd Nəzri Əbdüləziz fevralın 14-də Bakıda səfərdə olmuşdur.
İlk olaraq cənab nazir və onu müşayiət edən şəxslər fevralın 14-də Fəxri xiyabana gəldilər. Burada qonaqları Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fuad Muradov və digər rəsmi şəxslər qarşıladılar.
Qonaqlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə gül-çiçək dəstələri düzdülər, ulu öndərin xatirəsini dərin ehtiramla yad etdilər.
Sonra malayziyalı qonaqlar Şəhidlər xiyabanına gələrək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının məzarları üstünə tər qərənfillər düzdülər. Qonaqlara Şəhidlər xiyabanının tarixi, 20 Yanvar, Xocalı faciələri və Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verildi.
Daha sonra ölkəmizdə səfərdə olan Malayziya naziri Məhəmməd Nəzri Əbdüləziz və onu müşayiət edən nümayəndə heyəti Milli Məclisdə olmuşlar. Onlar parlamentin iclas salonu ilə tanışlıqdan sonra Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevlə görüşmüşlər.
Səfa Mirzəyev qonaqlara Azərbaycanın dövlətçilik tarixi, müstəqillik uğrunda mübarizəsi, qazanılan uğurlar, yeni Konstitusiyası, qanunverici orqanın fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dünyanın bir çox ölkələri, o cümlədən Malayziya ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Hazırda Milli Məclisdə 60-a yaxın ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları vardır və Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri də 29 saylı Səbail seçgi dairəsindən millət vəkili seçilmiş cənab Fuad Muradovdur.
Məhəmməd Nəzri Əbdüləziz onlara göstərilən qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlıq edərək demişdir ki, Malayziya hökumətinin parlamentin işi üzrə naziri kimi Azərbaycana səfərindən məqsəd iki ölkənin qanunverici orqanları arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır. Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən sürətlə inkişaf edir, İslam Konfransı Təşkilatında xüsusi fəallığı ilə seçilir. Biz bu ölkə ilə münasibətlərin genişlənməsində maraqlıyıq.
Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Fuad Muradovun da iştirak etdiyi görüşdə parlamentlərarası əlaqələrin, iqtisadi, siyasi, mədəni sahələrdə münasibətlərin dərinləşməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Əlaqələrin inkişafı üçün qarşılıqlı səfərlərin, görüşlərin, qanun yaradıcılığı sahəsində fikir və təcrübə mübadiləsinin vacibliyi xüsusi vurğulanmışdır.
Məhəmməd Nəzri Əbdüləziz xüsusilə vurğulamışdır ki, onun ölkəsinin hələ idiyədək Ermənistanla heç bir əlaqəsi olmamışdır və Malaziya bütün məsələlərdə yalnız Azərbaycanı dəstəkləməkdədir.


Sülh döngəsi 2A
Tel.: (+99412) 5649014 / Faks: (+99412) 5649014
Mob.: (+99455) 782-72-27

fmuradov@fmuradov.az
www.fmuradov.az

Fuad Muradov
Səbail Rayonunu Millət Vəkili

MƏTBUATDAN
 

 


160 saylı məktəbdə Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Səbayel rayonundakı 160 saylı məktəbdə Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, Səbayel rayon İcra Hakimiyyətinin Azərbaycan Hüquqşünaslar Konfederasiyası ilə birgə keçirdiyi konfransa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov, millət vəkili Fuad Muradov və Ombudsman Aparatının əməkdaşları qatılıblar. Millət vəkili Fuad Muradov bildirib ki, Bəyannamənin 60 illiyi münasibətilə Səbayel rayonunda silsilə tədbirlər keçirilir. Bu tədbirlərə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi də dəstək verib. Millət vəkilinin sözlərinə görə, artıq rayonun bir neçə məktəbində belə tədbirlər keçirilib: “Biz istəyirik ki, uşaqlar insan haqları bəyannaməsini bilsinlər və gələcəkdə öz hüquqlarını bilən vətəndaşlar kimi yetişsinlər. Biz bu prosesə Səbayel rayonundan başladıq. İstərdik ki, digər rayonlar da bu aksiyalara qoşulsunlar”. Tədbirin sonunda məktəblilərin ifasında bəyannamənin müddəaları və insan haqlarına dair şerlər səsləndirilib.


Milli Məclisin üzvü Fuad Muradov İspaniyaya səfər edəcək
18:24 / 03.10.2008
Noyabrın 22-24-i tarixlərində Madrid şəhərində Avropa Gənclər Təşkilatlarının konfransı keçiriləcək. Tədbirdə iştirak etmək məqsədi ilə Milli Məclisin üzvü Fuad Muradov İspaniyaya səfər edəcək. Bu barədə məlumatı SİA-ya F.Muradov özü verib. Konfransda gənclərlə bağlı bir sıra məsələlər müzakirə olunacaq. Qeyd edək ki, F.Muradov oktyabrın 5-də isə Belçikanın paytaxtı Brussel şəhərinə səfərə gedəcək.

 


  • Gürcüstan görüşləri faydalı oldu / Xalq qəzeti - 3 avqust 2006 - cı il
  • Millət vəkili Fuad Muradov Səbail rayon sakinlərinin sosial problemlərinin həllində fəal iştirak edir
  • "Üç nöqtə" qəzeti: