|
Ziyad Səmədzadə
Radiologiya İnstitutunun aspirantı Fuad
Muradovun elmi işində ətraf mühitin bəzi problemlərin həlli yollarını təklif
edir. Bu təklif həm elmi, həm də iqtisadi cəhətdən əsaslandırılmalı oldugu üçün
o daim İqtisadçılar İttifaqı ilə sıx əməkdaşlıq edir. Fuad elmi biliyi ilə
yanaşı, yüksək tərbiyəyə malik, gənclərin problemlərini dərindən bilən bir
şəxsdir. Onun Milli Məclisə deputatlığa namizəd verilməsini mən çox yüksək
qiymətləndirirəm və bu işdə ona uğurlar arzulayıram.
Eldar Bağırov Qara Su Əməliyyat Şirkətinin fəaliyyət
göstərdiyi sahələrdə Ətraf Mühitə Təsitrin Qiymətləndirilməsi sənədlərinin
tərtibində gənc elmi işçi Fuad Muradovun da xüsusi əməyi olmuşdur. Sudan və
torpaqdan götürdüyü nümunələr, onların tədqiqi və yazdığı hesabat onun
tapşirildığı işə məsuliyyətlə yanaşmasının bariz nümunəsi oldu. Bununla yanaşı o
yüksək intellektə və mədəniyyətə malikdir və xarici mütəxəssislərlə işləmək
bacarığı da arzuolunan səviyyədədir. Deputat seçkilərində ona müvəffəqiyyət
arzulayıram.
Ramiz Məmmədov Fuad Muradovun gənc olmasına baxmayaraq o
özünü hərtərəfli inkişaf etdiyini əməlləri ilə sübut edir. Namizədlik
disserytasiyası üzərində çalışmaqla yanaşı, Azərbaycan gənclərinin problemləri
ilə də məşgul olur, ictimai televiziyanın yaranmasında fəal iştirak edir.
BMT-nın, Avropa Şurasının, Dünya Bankının, YUNESKO-nun və digər beynəlxalq
qurumların humanitar layihələrinin həyata keçirilməsində yaxından iştirak
edir.Beynəlxalq konfranslarda və seminarlarda Azərbaycan Respublikasının adını
yüksəkliklərə qaldırmaga çalışır və buna nail olur. Bu cür bacarıga malik gəncin
deputatlıga namizədliyini ancaq alqışlamaq olar.
Rafiq Qasımov Muradov Fuadla ilk tanışlığımız ekologiya
problemlərinə aid seminardan başladı.Bə o gündən mən onun mətbuatda gedən
məqalələrini, televiziyanın demək olar ki bütün kanallarındakı aktual mövzulu
çıxışlarını daim izləyirəm. Ekologiya və gələcək nəslin inkişafı mövzuları onu
daha çox maraqlandırır, düşündürməyə vadar edir. Fuad ahıl admlara, özundən
böyüklərə gulaq asmaq, onların istək və arzularını incəliklə duymaq
qabiliyyətinə malikdir. Ana dilini və xarici dilləri mükəmməl bilməsi onun
müxtəlif insanlarla, mütəxəssislərlə tez dil tapmasına gözəl şərait yaradır. O
öz yaşına uyğun olmayan müdrüklüyü ilə həmyaşıdları arasında seçilir. Onun
deputatlığa namizədliyinə xeyir-dua verirəm.
Cabir Güləliyev (taksi sürücüsü) Fuad düzgünlüyü sevən,
öz işinə böyük məhəbbətlə yanaşan, ziyalı ailəsində tərbiyə almış, sadə bir
azərbaycanlı oğludur. Fuad Muradovu, sözün əsl mənasında, işgüzar, sadə və
qətiyyətli bir insan kimi tanıyıram. Onun belə gənc olmasına baxmayaraq, bu 10
il ərzində sadəcə demək olar ki, o, hər bir insanın qayğısına qalmaq üçün daha
çox çalışır, eyni zamanda əlindən gələni əsirgəmir. Çox vaxt biz düşünürük
ki, o, niyə məhz gəncləri seçib, bir az yaşlı olan insanlara diqqət göstərmir.
Ancaq bu belə deyil və onun fəaliyyəti gənclərlə məhdudlaşmır. Kimsəsiz uşaqlara
baş çəkməsi, əlillər evində yaşlı insanlara diqqət və qayğısı, maraqlı
söhbətləri, daima gənclərlə sıx təmasda olması onun necə insan olduğunu nümayiş
etdirir. Mənə elə gəlir ki, əgər bu gəncin imkanları bir az daha geniş olsa,
nəinki bir qrup gənc və yaşlı insanların, hətta bütün Azərbaycan xalqını xoşbəxt
və firavan yaşaması üçün çalışacaqdır. Bu insanın ən böyük üstünlüyü ondan
ibarətdir ki, o, yaşından və sosial mənsubiyyətindən asılı olmayaraq qarşısında
olan hər bir insanı dinləməyi bacarır. Onun “Dostluq dostluqdur, iş də işdir!”
prinsipini rəhbər tutması məni əmin edir ki, mən onula dosluqda yanılmamışam.
İnanıram ki, Fuad Muradov kimi insanlar həm bizim, həm gəncliyimizin və həm də
gələcəyimizin qarantı olacaqlar.
Sitarə Aldostova İlk olaraq onu deyim ki, mən Fuad
Muradovu alicənab, fədakar bir insan kimi tanıyıram. Qeyd edim ki, Fuad Muradovu
tandığım müddətdən bu günə qədər onun yalnız müsbət keyfiyyətlərə malik
olmasının şahidi olmuşam. Düzdür, ideal insan, idezl cəmiyyət anlayışına bir
qədər qeyri-adi yanaşırıq və hər yerdə bunun mümkünsüzlüyü barədə danışırıq.
Buna baxmayaraq, Fuad Muradovda olan fədakarlıq, alicənablıq, idarəçilik
qabiliyyəti, “tək özümə yox, ətrafdakılara da böyük diqqət yetirməliyəm!”
prinsipinə önəm verməsi bu insan haqqında onu deməyə əsas verir ki, o, ideallığa
yaxın bir insandır. Məhz buna görədir ki, onun rəhbərlik səriştəsinə böyük
rəğbət bəsləyirəm. Inanıram ki, bu şəxsi tanımaqda, ona böyük ümidlər bəsləməkdə
heç də yanılmamışam. Fikirləşirəm ki, bu gəncin imkanları nə qədər böyük, nə
qədər geniş olsa, o, insanlara o qədər də can yandıracaq və yaşından asılı
olmayaraq bütün insanların qayğısına qalacaq, onlara öz köməkliyini
əsirgəməyəcək.
Bəsti Tağızadə (Xətai rayonu 36 saylı dövlət notariat
kontorunun dövlət notariusu) Azərbaycan gəncliyinin istər daxili, istərsə də
beynəlxalq arenada böyük qüvvəyə malik olduğunu sübut etmək... Məqsədinə doğru
inamla, inadla addımlamaq... Öz fikrini qarşısındakına düzgün çatdırmaq...
İxtisası və könüllü olaraq gənclərlə iş sahəsində bir mütəxəssis kimi
yetişmək... İlk təətssüratın böyük məna kəsb etdiyini nəzərə alsaq, onu doğru
yaratmaq da səmimiyyətlik tələb edir. Bu və digər cəhətləri Fuadda gördükdə
daim inkişafda olan Azərbaycanın demokratik, sabitlik yolunda irəliləyişində
gənclərin də iştirakına ehtiyac duyulduğu özünü biruzə verir.
Aqil – mühəndis Biz onu çox perspektivli bir kadr kimi
tanıyırıq. Müasir düşüncə tərzinə və geniş təfəkkürə malik bir insandır.
Mətbuatda onun haqqında yazıları çox oxumuşam və nəhayət, bu qənaətə gəlmişəm
ki, o, həqiqətən bütün işlərin həllində düzgün yol seçən bir insandır. Mən
istərdim ki, hal-hazırda passivlik həyatı keçirən Azərbaycan gəncləri Fuad
Muradov kimi yüksək əxlaqlı gənclərimizə baxıb nümunə götürsünlər.
Sevda Məmmədəliyeva (Mədəniyyət nazirinin
müavini) Fuad Muradovla tanışlığımızın çox maraqlı bir tarixçəsi
var. Azərbaycan Dövlət Neft Akademiyası Fransa Universitetlərindən biri ilə
ortaq magistratura təşkil etmişdi. Həmin vaxt mənə sosial-ekoloji məsələlər
mövzusunda mühazirə oxumaq təklif edildi. Mən işlərimin çoxluğu səbəbi ilə bu
təklifi qəbul etmək istəmədim. Ancaq mən qəbul etməsəm, bu fənnin tədrisinin
ləğv olunacağını eşidəndə razılıq verməyə bilmədim. Dərs dediyim qrupun qrup
nümayəndəsi ilə tanış olanda mühazirə oxumaq həvəsim daha da artdı. Bu, sonralar
ictimai həyatda aktiv fəaliyyət göstərən Fuad Muradov idi. Fuad mühazirə
zamanı digərlərindən fərqlənirdi. Onun ünsiyyətə meylliliyi dərslərimizin daha
maraqlı keçməsinə səbə olurdu. Fuadla maraqlandıqda, ictimai işlərlə məşğul
olduğunu öyrəndim. Burada da o digərlərindən fərqlənirdi. Fuadın əsas bir amalı,
bir məqsədi var: Cəmiyyətdə həqiqətən ehtiyacı olan insanlara yardım etmək. O
qrupda sanki, ideya, fikir generatoru rolunu oynayırdı. Bu gün mən Fuad
Muradov kimi tələbəm olduğu üçün fəxr edirəm. Universiteti bitirdikdən sonra
onun uğurlarını eşitdikcə, gördükcə qürur hissi keçirirəm. Fuad Muradov bu gün
gənc də olsa, yetişmiş ictimai xadim kimi millət vəkili olmağa layiq bir
şəxsiyyətdir. Mən bu yolda ona uğurlar və müvəffəqiyyətlər arzulayıram. Mən
inanıram ki, o, deputat seçiləcəyi təqdirdə əhaliyə dəstək olacaq,
qanunvericilik bazasının təkmilləşdirilməsinə öz töhfəsini verəcəkdik.
İlham Məsiyev Bir sahibkar kimi, mən peşəkarlarla
işləməyi sevirəm. Fuad Muradov yüksək peşəkarlıq bacarığına sahib olan bir
gəncdir. Onun potensialı mənə Azərbaycanın parlaq gələcəyinə ümidlər verir.
Salman Musayev (İctimai Televiziya və Radio
Yaımları Şirkətinin Yayım Şurasının üzvü)
Fuadla tanışlıq Milli Məclisdə, Yayım Şurasının üzvlərinin seçkiləri zamanı
oldu. Sonrakı günlər iclaslarda özünün dəst-xətti, açıqfikirliliyi və hər bir
işə real yanaşması ilə seçildi. Gənc nəslin içərisindən belə şəxslərin
seçilməsi bizim gələcəyimiz üçün ümidlər verir. Ona görə də sağlam fikirli
gənclərin yetişdirilməsi, öz fikirlərində yenilməz olan şəxslərin yaşlılar
tərəfindən müdafiə edilməsinə və cəmiyyətin formalaşmasında onların
potensialından istifadə edilməsinə ehtiyac var. Mənim fikrimcə, onun sonrakı
fəaliyyəti də gənc nəsil üçün örnək olacaq. Bu, həm də Fuadın atacağı
addımlardan və qazanacağı təcrübədən asılı olacaqdır. Çünki Azərbaycançılığımız
bizə başqa cür olmağa heç bir əsas vermir. Mən inanıram ki, Fuad Azərbaycançılıq
ideyasını özündə yetişdirən bir gənc kimi bundan sonra da dövlətçiliyimizin
qorunması və daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət ini davam
etdirəcək.
Akademik Kamal Abdullayev (Azərbaycan Dövlət Neft
Akademiyasının kafedra müdiri)
Fuad Muradov ADNA-nın İstilik Energetika fakültəsinə daxil olan gündən
tədrisə, daha sonra isə elmə böyük fikir vermiş, əla və yaxşı qiymətlər
almışdır. Tələbəlik illərində, magistraturada oxuduğu müddət də daxil olmaqla
Fuad daim tələbələrin, ümumilikdə gənclərin problemlərini dərindən duyaraq, bu
problemləri müvafiq səviyyələrdə səsləndirmiş, onları həll etmək üçün gənclər
təşkilatlarını öz ətrafında birləşdirməyə çalışmışdır. Professor və müəllim
heyətinə ehtiram göstərərək onların da problemlərini gənclər forumunda
işıqlandırmışdır. Bu gün də onun amalı Azərbaycan gənclərini və ahıllarını,
ümumiyyətlə bütün Azərbaycan xalqının rifahının və sağlamlığının
yüksəldilməsidir. Mən bütün Azərbaycan gənclərini və professor-müəllim heyətini
gənclərin liderlərindən biri, eyni zamanda Azərbaycan Milli Elmlər
Akademiyasının aspirantı olan Fuad Muradovun Milli Məclisə deputatlığa
namizədliyini dəstəkləməyə çağırıram.
Cahangir Məmmədli (İctimai Televiziya və Radio Yayımları
Şirkətinin Yayım Şurasının sədri)
Fuad Muradovla qısa müddət ərzində tanış olsam da, onun çox böyük
intellektual gücə malik olduğunun şahidi olmuşam. Fuad vətənini sevən, daim
Azərbaycançılıq ideyası ilə yaşayan bir gəncdir. Bərabər təmsil olunduğumuz
Yayım Şurasında Fuad hər zaman öz müstəqilliyi ilə seçilir. Savadlı və müasir
dünyagörüşə malik bir insan olduğu üçün Azərbaycan ictimai sferasında Fuad
Muradova hörmətlə yanaşılır və onun təcrübəsindən faydalanılır. Onunla bir yerdə
olarkən mən özümü çox rahat hiss edirəm. Çünki o, Azərbaycanımızın gələcəyini öz
çiyinlərində götürməyə qadir bir gəncdir.
Rafael
və Coşqun «Bu şəhər»in aktyorları
Biz Fuadı ekrandan, efirdən, mətbuatdan yox, gündəlik həyatdan tanıyırıq. Bu
da onun gözəl insan, sadiq dost və layiqli vətəndaş olduğunu tam səmimiyyətlə
söyləməyimizə əsas verir. Biz onu deyə bilərik ki, Fuad Bakı şəhəri, Səbail
rayonunda böyüyüb boya-başa çatdığına görə, ən azı bu şəhərin hər məhəlləsinin
problemlərini gözəl bilir. Seçkilərdə kimin qalib gələcəyinə gəldikdə isə, necə
deyərlər, - «NƏTƏƏR MƏSLƏHƏTDİ!»
Altay Zahidov
Я журналист с большим стажем 50 лет. Проработал 20 лет в Москве - собственный
корреспондент. Каждый раз когда я вижу молодых людей, а еще таких, как Фуад
Мурадов, я просто радуюсь. В независимом Азербайджане на данный момент
появилась очень талантливая молодежь и я горжусь этим. О Фуаде Мурадове я
много наслышан. Я смотрел много передач по телевидению с его участием, читал
статьи во многих газетах, но близко я его узнал по совместной работе в
Общественном Телевидении. Очень умный, начитанный, порядочный человек. Верующий
в Бога и исполняющий все его наставления. Когда я беседую с ним я получаю
удовольствие от общения с таким молодым талантливым человеком. Несмотря на столь
юный возраст этот человек знает очень много. В Общественном Телевидении он
проявил себя с наилучшей стороны. Очень приятно слушать когда он выступает на
заседании, как грамотно он обсуждает те или иные вопросы. Когда мы обсуждали
нашу концепцию (Общественного Телевидения), те идеи которые подал нам Фуад
Мурадов, обогатили нашу концепцию. На данный момент Фуад Мурадов балатируется
в Милли Меджлис как депутат. Я очень рад этому. В парламенте должны быть новые
люди с новыми мышлениями, такие люди которым можно будет доверить будущее нашей
Республики. Ведь у нас есть такая замечательная молодежь и мы даем правление в
их руки. Я думаю наш парламент должен состоять из 10% «агсаккалов», остальные
места должна занимать наша молодежь. Потому как у нашей молодежи есть отличный
пример в лице нашего президента Ильхама Алиева. Когда смотришь как он в свои 44
года ведет дела на международном уровне, просто получаешь удовольствие. Я
всячески поддерживаю Фуада Мурадова на предстоящих выборах и желаю ему удачи!
|