"Üç
nöqtə" qəzeti > Bələdiyyələrə
ayrılan dotasiyalar onlara çatmır
DƏYİRMİ MASADA YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARININ
GƏNCLƏRLƏ İŞİ TƏNQİD OLUNDU
Dünən Beynəlxalq Mətbuat mərkəzində Gənclər Təşkilatları
Milli Şurası Gәnclәr, İdman və Turizm Nazirliyi
ilə birgə "Yerli özünüidaretmə orqanları və
gənclər" mövzusunda dəyirmi masa keçirdi. Tədbirdə
Bakının rayon və qəsəbələrinin bələdiyyə təmsilçiləri,
beynәlxalq təşkilatların nümayəndələri də iştirak
edirdi.
Dəyirmi masanı giriş sözü ilə açan Gənclər Təşkilatları
Milli Şurasının sədri Fuad Muradov bildirdi ki,
bundan sonra keçiriləcək silsilə tədbirlərdə bələdiyyələrin
problemləri və həmin qurumların gənclərlə apardığı
iş müzakirə olunacaq. Onun sözlərinə görə, gənclər
arasında bələdiyyələrin hansı fəaliyyətlə məşğul
olması haqda biliyə malik olmayanlar çoxdur.
Gənclər, idman və turizm nazirinin müavini İntiqam
Babayev isə bildirdi ki, bələdiyyələr gənclərlə
bağlı daha çox layihələr həyata keçirməlidir. Çünki
bu sahədə heç bir nailiyyət yoxdur.
Bələdiyyə İşçilәri Həmkarlar İttifaqının sədri Mehdi
Səlimzadə bildirdi ki, bələdiyyələrin əsas problemlərindən
biri dövlət orqanları ilə münasibətlərin lazımi
səviyyədə olmamasıdır.
Dövlət İdarəçilik Akademiyasının müəllimi Rövşən
Əzizov isə ötən beş il. ərzində bələdiyyələrin vahid
qurum yarada bilmədiklərini qeyd etdi: "Bakıda
49 bələdiyyə fəaliyyət göstərir. Təəssüf ki, həmin
bələdiyyələr dəfələrlə vahid qurumda birləşməyə
səy göstərsələr də, hələ də bir araya gələ bilməyiblər".
Milli Şuranın üzvü Fərhad Məmmədov isə bildirdi
ki, ölkə əhalisinin 60 faizini gənclər təşkil etsə
də, onların cəmi 14 faizi bələdiyyələrdə təmsil
olunurlar. Bələdiyyələri böyük siyasətə gedən yolun
birinci pilləsi adlandıran F.Məmmədov gəncləri növbəti
bələdiyyə seçkilərində aktiv olmağa çağırdı. Bələdiyyələrin
fəaliyyətinin zəif olduğunu deyən F.Məmmədov bildirdi
ki, bu qurumların əksəriyyəti qrant layihələrində
iştirak etmək üçün təşəbbüs göstərə bilmirlər.
OKSFAM təşkilatının nümayəndəsi Azər Həsənov yerli
özünüidarəetmə orqanlarının fəaliyyətinə törədilən
maneçiliklərdən söz açdı. Onun sözlərinə görə, dövlətin
ayırdığı dotasiyaların yerli icra hakimiyyətləri
vasitəsilə bələdiyyələrə verilməsi həmin vəsaitin
mənimsənilməsinə səbəb olur.
Yasamal bələdiyyəsinin nümayəndəsi Xatirə Məmmədova
bildirdi ki, təmsil etdiyi qurum "Günəş"
və "Səma" düşərgələrinə himayәdarlıq etməklə
ya-naşı Yasamal rayonunda yaşayan bir qrup əlaçı
aspirant, tələbə və şagirdə hər ay müvafiq olaraq
100-50-30 min manat təqaüd verir. Əfqan
160 saylı məktəbdə Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə
həsr olunmuş tədbir keçirilib
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün
Səbayel rayonundakı 160 saylı məktəbdə Ümumdünya İnsan Haqları Bəyannaməsinin
60 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə,
Səbayel rayon İcra Hakimiyyətinin Azərbaycan Hüquqşünaslar Konfederasiyası
ilə birgə keçirdiyi konfransa Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov, millət vəkili
Fuad Muradov və Ombudsman Aparatının əməkdaşları qatılıblar. Millət
vəkili Fuad Muradov bildirib ki, Bəyannamənin 60 illiyi münasibətilə
Səbayel rayonunda silsilə tədbirlər keçirilir. Bu tədbirlərə Təhsil
Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi də dəstək verib. Millət
vəkilinin sözlərinə görə, artıq rayonun bir neçə məktəbində belə
tədbirlər keçirilib: “Biz istəyirik ki, uşaqlar insan haqları bəyannaməsini
bilsinlər və gələcəkdə öz hüquqlarını bilən vətəndaşlar kimi yetişsinlər.
Biz bu prosesə Səbayel rayonundan başladıq. İstərdik ki, digər rayonlar
da bu aksiyalara qoşulsunlar”. Tədbirin sonunda məktəblilərin ifasında
bəyannamənin müddəaları və insan haqlarına dair şerlər səsləndirilib.
Milli Məclisin üzvü Fuad
Muradov İspaniyaya səfər edəcək 18:24 / 03.10.2008 Noyabrın 22-24-i tarixlərində
Madrid şəhərində Avropa Gənclər Təşkilatlarının konfransı keçiriləcək.
Tədbirdə iştirak etmək məqsədi ilə Milli Məclisin üzvü Fuad Muradov
İspaniyaya səfər edəcək. Bu barədə məlumatı SİA-ya F.Muradov özü
verib. Konfransda gənclərlə bağlı bir sıra məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, F.Muradov oktyabrın 5-də isə Belçikanın paytaxtı Brussel
şəhərinə səfərə gedəcək.