GƏNCLƏR TƏŞKİLATI MİLLİ ŞURASI SİLSİLƏ TƏDBİRLƏR
HƏYATA KEÇİRİR
Dənən Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) Xətai
Bələdiyyəsinin qərargahında "Bələdiyyə seçkilərində
gənclərin iştirakı və seçilməsi" mövzusunda
dəyirmi masa keçirdi. Təşkilatçıların məqsədi yerli
özünü-idarəetmə orqanlarında mövcud olan problemlərin
yaranma səbəbləri ilə tanış olmaq, seçki prosesinə
gənclərin və ictimai özünüidarəetmə qurumlarını
cəlb etməkdir. Eyni zamanda bələdiyyələrin fəaliyyəti
haqqında ictimaiyyətdə fikir formalaşdırılması,
onların gələcək inkişafında gənclərin potensial
qüvvəsindən geniş istifadə olunması təşkilatın qarşısına
qoyduğu əsas vəzifələrdəndir.
Tədbirdə iştirak edən bələdiyyə üzvlərinin fikri
belə oldu ki, bələdiyyə işində gənclərin əməyinə,
biliyinə, bir sözlə potensialına geniş yer verilməlidir.
Təkliflər sәslәndirirdi ki, qarşıdan gələn seçkilərdə
də daha çox gənclərin seçilməsinə imkan yaradılmalıdır.
GTMŞ-nın sədri Fuad Səmədovun sözlərinə görə, 2004-cü
ildə bələdiyyə seçkiləri keçiriləcəyini nəzərə alaraq
ilin əvvəlindən silsilə tədbirlər keçirirlər:"
Məqsədimiz odur ki, seçki öncәsi gənclərdə yerli
özünü-idarəetmə sistemi haqqında ətraflı məlumat
bazası yaradaq. Bu tədbirlərin təşkilatçılığında
həm Gənclər, İdman və Turizm Nazirliyi, həm də ayrı-ayrı
bələdiyyə üzvləri yaxından iştirak ediblər."
Tədbirdə iştirak edən digər natiqlər də ilin sonunda
gözlənilən bələdiyyə seçkilərində gənclərin iştirakının
daha geniş səviyyədə təşkil olunması və bunun üçün
bələdiyyələrin özlərinin və dövlət orqanlarının
imkanlarının araşdırılması haqqında məruzə etdilər.
Tədbirdə Bakı şəhərinin, rayon və qəsəbələrin bələdiyyə
təmsilçiləri, Gәnclәr, İdman və Turizm Nazirliyinin,
müvafiq dövlət orqanlarının, QHT-lərin nümayəndələri
və ictimaiyyətin fəal gəncləri iştirak edirdi. Aynur
ÜÇ NÖQTƏ
SENTYABR 24, 2004
160 saylı məktəbdə Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə
həsr olunmuş tədbir keçirilib
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün
Səbayel rayonundakı 160 saylı məktəbdə Ümumdünya İnsan Haqları Bəyannaməsinin
60 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə,
Səbayel rayon İcra Hakimiyyətinin Azərbaycan Hüquqşünaslar Konfederasiyası
ilə birgə keçirdiyi konfransa Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov, millət vəkili
Fuad Muradov və Ombudsman Aparatının əməkdaşları qatılıblar. Millət
vəkili Fuad Muradov bildirib ki, Bəyannamənin 60 illiyi münasibətilə
Səbayel rayonunda silsilə tədbirlər keçirilir. Bu tədbirlərə Təhsil
Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi də dəstək verib. Millət
vəkilinin sözlərinə görə, artıq rayonun bir neçə məktəbində belə
tədbirlər keçirilib: “Biz istəyirik ki, uşaqlar insan haqları bəyannaməsini
bilsinlər və gələcəkdə öz hüquqlarını bilən vətəndaşlar kimi yetişsinlər.
Biz bu prosesə Səbayel rayonundan başladıq. İstərdik ki, digər rayonlar
da bu aksiyalara qoşulsunlar”. Tədbirin sonunda məktəblilərin ifasında
bəyannamənin müddəaları və insan haqlarına dair şerlər səsləndirilib.
Milli Məclisin üzvü Fuad
Muradov İspaniyaya səfər edəcək 18:24 / 03.10.2008 Noyabrın 22-24-i tarixlərində
Madrid şəhərində Avropa Gənclər Təşkilatlarının konfransı keçiriləcək.
Tədbirdə iştirak etmək məqsədi ilə Milli Məclisin üzvü Fuad Muradov
İspaniyaya səfər edəcək. Bu barədə məlumatı SİA-ya F.Muradov özü
verib. Konfransda gənclərlə bağlı bir sıra məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, F.Muradov oktyabrın 5-də isə Belçikanın paytaxtı Brussel
şəhərinə səfərə gedəcək.