|
QƏTNAMƏDƏ ERMƏNİSTANIN İŞĞALÇILIQ SSİYASƏTİ
PİSLƏNİLİB
Dünən İslam Konfransı Gənclər Forumunun tәsis
qurultayı Öz işini başa çatdırdı. Bakıda keçirilən
3 günlük qurultay zamanı qurumun təsis edilməsi
ilə yana-şı onun rəhbər orqanlarına seçkilər də
keçirilib. Belə ki, forumun prezidenti postuna
İstanbul Beynəlxalq Qardaşhq və Yardımlaşma Assosiasiyasının
nümayəndəsi Əli Sarıkaya, baş nazir postuna isə
Azərbaycanın BMT nəzdindəki daimi nÜmayəndəliyinin
birinci katibi və Gənclər Təşkilatları Milli Şura-sının
İdarə Heyətinin fizvü El-şad İsgondorov seçilib.
Bununla yanaşı Küveytin nümayəndəsi Anas AI-Falah
və Əl-cəzairdən olan Reda Mehiqueni vitse-prezident
postuna seçiliblər. Qurumun yaradılan İdarə Heyətinin
üzvləri də müəyyən edilib. Təsis qurultayının
yekununda isə Dağlıq Qarabağla bağlı qətnamə qəbul
edilib.
Yeri gəlmişkən, təşkilatın prezidenti vəzifəsinə
seçilən Ə.Sarıkaya eyni zamanda Türkiyənin baş
naziri Rəcəb Tayyib Ərdoğanın müşaviridir. O,
yeni qurumun prezidenti kimi üzərinə böyük məsuliyyətin
düşdüyünü dedi: "Biz bu qurumu yaratmaqla
gənclərimiz və tələbələrimiz arasında əlaqələrin
daha da inkişaf etdirilməsinə çalışacağıq. Hesab
edirəm ki, öncə islam Konfransı Təşkilatına (İKT)
üzv olan 57 ölkənin hamısı-nın gəncləri arasmda
əlaqələrin qurulmasını ləmin etməliyik. Bun-dan
başqa tez bir zaman kəsiyində təşkilatın mərkəzi
ofisinin yeri-ni müəyyən etməliyik. Beynəlxalq
fəaliyyətə gəlincə, biz yeni dünyanın sülh və
əmin-amanlıq üzərində qurulmasını əsas tutaraq
İslam dünyası ilə Qərb aləminin daha sıx təmaslarda
olması üçün də addımlar atacağıq. Bu sırada Avropa
Birliyinin və BMT-nin nəzdində fəaliyyət göstərən
gənclər təşkilatları ilə sıx əlaqələr qurmaq niyyətindəyik".
Təşkilatın baş katibi E.İsgəndərov isə "Üç
nöqtə"yə açıqlamasın-da öncə bu tədbirin
Azərbaycan üçün əhəmiyyətinə toxundu: "57
ölkəni öz sıralarında birləşdirən İKT-nin Gənclər
Forumunun yaradılmasının çox mühüm beynəlxalq
əhəmiyyəti var. Çünki 1,5 milyard əhalisi olan
İslam dünyasının böyük əksəriyyətini gənclər təşkil
edir. Həmin gənclərin də dünya düzəninin formalaşmasında
özünəməxsus rolu var. Tədbirin Azərbaycan üçün
əhəmiyyətinə gəlincə, onu deyə bilərəm ki, belə
bir təşkilatın təsis konfransının Bakıda keçirilməsinin
özü çox şeyi deyir. Bundan başqa bu təşkilatın
baş katibi vəzifəsinə Azərbaycan təmsilçisinin
seçilməsi də önəmli bir hadisədir. Bu postda fəaliyyət
göstərdiyim müddətdə çalışacam ki, Azərbaycan
gənclər təşkilatlarının İslam aləmində baş verən
proseslərin önünə keçməsinə yardımçı olum. Bu
həm də bizim ölkəmizin İKT çərçivəsində rolunun
artmasına da kömək edəcək. Forumun yekunu olaraq
Dağlıq Qarabağda baş verən işğalın nəticələri
ilə əlaqədar Ermənistanı ittiham edən və Azər-baycanın
haqq mövqeyini dəstək-ləyən qətnamə qəbul edildi.
Mənə elə gəlir ki, böyük əhaliyə və potensiala
malik olan İslam aləminin gənclərini Azərbaycanın
haqq işinin müdafiəsinə səfərbər etmək bizim başlıca
vəzifəmiz olmalıdır".
E.İsgəndərov onu da dedi ki, onlar Gənclər Forumu
tərəfindən qətnamənin qəbulu ilə kifayətlənmək
niyyətində deyillər. Növbədə İKT-yə üzv olan və
təşkilatın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
qəbul etdiyi qətnamələrə riayət etməyən bəzi ölkələri
də Azərbaycanın haqq işinin müdafiəsinə qoşmaq
siyasəti də dayanır: "Bu cür ölkələr Ermənistanla
əlaqələr qurarkən İKT-nin qəbul etdiyi qətnamənin
tələblərinə riayət etmirlər. Şübhəsiz ki, bu,
bir neçə faktorla bağlıdır. Faktorlardan biri
həmin ölkələrdə erməni icmalarının olmasıdır.
Digər mәsәlә isə ondan ibarətdir ki, bu ölkələrin
ictimaiyyəti, ictimaiyyətin müxtəlif qrupları
ilə apardığımız təbliğat işi gücləndirilməlidir.
Bu forumun yaradılması ən azı həmin ölkələrdə
olan gənclər tәşkilatlarında, bütövlükdə onların
sivil cəmiyyətlərinin ictimai rəyin Azərbaycan
haqqında həqiqətlərin formalaşmasında da öz rolunu
oynayacaq. Azərbaycan-Ermənistan münaqişəsinin
islam aləmində mövcud olan digər münaqişələrlə
eyni əhəmiyyət daşıması istiqamətində təbliğat
aparacağıq. Biz İslam cəmiyyətinin müəyyən bir
hissәsini təşkil edən gənclər vasitəsilə Azərbaycanın
Ermənistan tərəfindən işğala məruz qalması faktını
bir daha qabardacağıq. Ümid edirik ki, bu ölkələrdə
Azərbaycanın xeyrinə, Azərbaycanın haqq işinin
müdafiəsi istiqamətində abhavanın formalaşmasına
xidmət edə biləcəyik".
NADİR AZƏRİ
ÜC NÖQTƏ
DEKABR 4. 2004
|