|
İSLAM KONFRANSI GƏNCLƏR FORUMUNUN BAŞ
ASSAMBLEYASI ÖZ İŞİNƏ BAŞLADI
Son illər Azәrbaycan bir sıra beynəlxalq və regional
tədbirlərin mərkəzinə çevrilməkdədir. Təbii ki,
bu da ölkəmizin apardığı daxili və xarici Siyasәt
kursunun uğurundan xəbər verir. Dünən paytaxtın
Gülüstan sarayında öz işinə başlayan İslam Konfransı
Gənclər Forumunun Baş Assambleyasının iclası da
deyilənləri təsdiqləyir.
Qeyd edək ki, ilk dəfə təsis edi-lən bir qurumun
birinci konfransının Bakıda keçirilməsi qərarı
heç də asanlıqla verilməyib. Bunu dünənki tədbiri
giriş sözü ilə açan toplantının tәşәbbüskarlarımdan
biri Azərbaycan Respublikası Gənclər Təşkilatları
Milli Şurasının sədri də qeyd etdi.
F.Muradovun sözlərinə görə, bu qərarın qəbul edilməsi
üçün. ilk təşəbbüs məhz Azərbaycandan gəlib: "Məlum
olduğu kimi, islam Konfransı Təşkilatı (İKT) özünü
İslam mədəniyyətinə aid edən dünyanın 57 ölkəsini
öz sıralarında birləşdirən nüfuzlu beynəlxalq
təşkilatlardan biri sayılır. Bu təşkilat üzv olan
ölkələr arasında sıx elmi, mədəni və siyasi əlaqələr
yaranması, fəal elmi və mədəni informasiya mübadilələri
aparılması istiqamətində geniş imkanlar yaradır.
Lakin Dünya siyasi arenasında özünəməxsus yeri
və çəkisi olan İKT-nin gənclər siyasəti ilə məşğul
olan qurumu indiyə kimi mövcud deyildir. 2001-ci
il-dən etibarən Azərbaycan Respublikası Gənclər
Təşkilatlarının Milli Şurası ilə "Avrasiya
Beynəlxalq İnkişaf Assosiasiyası" IKT ölkələrindən
olan gənclərin qeyri-hökumət təşkilatlarını özündə
birləşdirən Forumunu yaratmaq ideyasını irəli
sürmüş və bu məqsədi həyata keçirmək üçün bir
sıra əməli işlər görüb. Belə ki, 2003-cü il avqust
ayının 22-23-də, Bakı şəhərində Azərbaycan, Albaniya,
İran, Türkiyə, Sudan, Səudiyyə Ərəbistanı, Küveyt,
Qazaxıstan-dan olan qeyri-hökumət gənclər təşkilatları
nümayəndələri, həmçinin Pakistan, Liviya və Misir
Respublikalarının Azərbaycanda fәaliyyәt göstərən
sәfirliklәrin təmsilçilərinin iştirak etdikləri
birinci görüş keçirilib.
Bu layihənin həyata keçirilmə-sində katiblik vəzifəsini
icra edən "Avrasiya Beynəlxalq İnkişaf As-sosiasiyası"nın
prezidenti Nedim Kaya2003-cü il 14-16sentyabrta-rixlərində,
Kuala Lumpur şəhərin-də (Malaziya) "Gələcəyə
baxış" təşkilatı və Malayzİya baş nazirinin
iştirakı və dəstəyi ilə təşkil olunan "Gənc
müsəlman liderlərinin beynəlxalq konfransında
iştirak edib və İKGT layihəsi haqqında məlumat
verib.
AR XİN ilə aparılan iş nəticə-sində cari ilin
iyun ayının 14-16-da İstanbulda keçirilməsi nəzərdə
tutulan İKT Xarici İşlər Nazirləri Şurasında qəbulu
nəzərdə tutulan yə İKGT ideyasını dəstəkləyən
İKT-nin qətnamə layihəsi hazırlanmış və qətnamə
toplantı iştirakçı-ları tərəfindən qəbul edilib".
Daha sonra söz alan Qafqaz Müsəlmanları İdarəsinin
sədri Hacı Allahşükür Paşazadə, gənclər, idman
və turizm naziri Әbülfәz Qarayev, xarici işlər
nazirinin müavini Vaqif Sadıxov, Küveytdən olan
nazir Adel ƏI-Fallah və digərləri gənclərə bu
işdə uğurlar arzuladılar.
Qeyd edək ki, dekabrın 3-də başa çatacaq tədbirin
gedişində yeni qurumun rəhbər heyətinin seçilməsi
də planlaşdırılır.
|