"2011-ci ilin fəal deputatları"
Tərəfsiz (Parlament) Jurnalistləri Birliyi dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2011-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında sorğu keçirib. Sorğunun nəticələrinə əsasən dörd nominasiya üzrə qaliblər müəyyən edilib. Ümumilikdə, 15 deputat ilin ən fəal deputatları olublar.
«Seçici hüquqlarını müdafiə edən fəal millət vəkili» nominasiyasının qalibləri Mehriban Əliyeva və Qənirə Paşayevadır.
Bu nominasiyanın qalibləri Milli Məclisinin 2011-ci ildəki fəaliyyəti dövründə seçki dairələrində seçici hüquqlarını müdafiə etdiklərinə görə müəyyən edilib.
«Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən fəal millət vəkili» nominasiyasının qalibləri Bahar Muradova və Fuad Muradovdur.
Bu nominasiyanın qalibləri Milli Məclisinin 2011-ci ildəki fəaliyyəti dövründə Azərbaycanı beynəlxalq təşkilatlarda (Avropa Şurası Parlament Assambleyası, NATO Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, Avronest və s.) fəal təmsil etdiklərinə görə müəyyən ediliblər.
“Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal millət vəkili” nominasiyasının qalibləri isə Azay Quliyev, Əli Məsimlidir.
Bu nominasiyanın qaliblərii Milli Məslisin 2011-ci ildəki fəaliyyəti dövründə qanunvericilik təşəbbüsü ilə çıxış etdiklərinə görə müəyyən edilib.
«İlin fəal millət vəkili» nominasiyasının qalibləri Vahid Əhmədov, Siyavuş Novruzov, Əli Hüseyinli, Qüdrət Həsənquliyev, Zahid Oruc, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Elmira Axundova və İqbal Ağazadə olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2011-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.
Parlament Jurnalistləri Birliyinin dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğu nəticəsində parlamentin 2011-ci ildəki ümumi fəaliyyətinə və qurumun mətbuat xidmətinin fəaliyyətinə də qiymət verilib.
Beləliklə, «Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci ildəki ümumi fəaliyyətini necə qiymətləndirirsiniz» sualına cavab verən parlament jurnalistlərinin 34 faizi «qənaətbəxş», 32 faizi «qeyri-qənaətbəxş», 34 faizi isə «cavab verməkdə çətinlik çəkirəm» cavabını veriblər.
«Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci ildəki fəaliyyəti dövründə qurumun mətbuat xidmətinin fəaliyyətini necə qiymətləndirirsiniz» sualına cavab verən sorğu iştirakçılarının 52 faizi «qənaətbəxş», 8 faizi «qeyri-qənaətbəxş», 40 faizi isə «cavab verməkdə çətinlik çəkirəm» cavabını veriblər.
Arxiv
| B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
Əlaqə
Tel./Fax: (+99412) 564 90 13/14


















