Millət vəkili Brüsseldə səfərdədir
Yanvarın 22-dən 31-dək Belçikanın Brüssel şəhərində Avronest Parlament Assambleyasının iclasları keçiriləcək.
Tədbirlərdə ölkəmizi Avronest PA-da Azərbaycan milli nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinin üzvü, Avronest PA-nın Enerji təhlükəsizliyi komitəsinin həmsədri, millət vəkili Fuad Muradov bir sıra görüşlər keçirəcək.
Öncə qurumun İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasətləri ilə uyğunluq komitəsinin iclası olacaq. İclasda “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında ticarət razılaşması, azad ticarət zonaları və bu sahədə Aİ-nin yardımı” mövzusunda hesabat dinləniləcək.
Millət vəkili Fuad Muradovun həmsədri olduğu Enerji təhlükəsizliyi komitəsində isə Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələrində enerji təhlükəsizliyi məsələsi gündəmdə olacaq.
Avronest Parlament Assambleyasının bütün tədbirlərində millət vəkili Fuad Muradov yaxından iştirak edəcək, müzakirəyə çıxarılmış məsələlərə münasibət bildirəcək.
Arxiv
| B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 |
Əlaqə
Tel./Fax: (+99412) 564 90 13/14


















