“Jurnalistlər üçün qış məktəbi”

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Müasir cəmiyyətin əsas elementlərindən olan Kütləvi Informasiya Vasitələri həyatımızın ayrılmaz hissəsinə çevrilib. Cəmiyyətdə baş verən hadisələr və proseslərlə bağlı əldə olunan məlumatın və materialların düzgün və peşəkar işlənməsi diqqət tələb edən məsələlərdəndir. 

Jurnalistlər üçün hər il müxtəlif layihələr həyata keçirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) bu il qış məktəbi təşkil etdi. Gənclər və İdman Nazirliyi və Avrasiya Əməkdaşlıq Fondu ilə birgə 7-11 dekabr 2011-ci il “Jurnalistlər üçün qış məktəbi” keçirildi. Jurnalistlərin bir neçə günlük də olsa redaksiyadan kənarda olması yaradıcı insanlar üçün qaçılmaz fürsətdir. Bunu nəzərə alan Milli Şura jurnalistləri İsmayıllı rayonu “Qaya” istirahət mərkəzində bir araya topladı. Əlbəttə, onların arasında təcrübəli insanlar olmaqla yanaşı gənclər də var idi. Odur ki, bu həm də təcrübə mübadiləsi baxımından jurnalistlər üçün əhəmiyyətli oldu. 

Mövzular və təlimçilər elə seçilmişdi ki, media işçilərində maraq oyada bilsin. Təlimdə əsas meyarlardan biri də fikir mübadiləsi oldu. Bir-birinə sərbəst şəkildə öz fikirlərini çatdırmaq imkanı qazanan KİV nümayəndələri istər təlimlər zamanı, istərsə də asudə vaxtlarında bir araya toplaşır, müxtəlif mövzuları müzakirə edirdilər. 

Jurnalistlər təlim boyu maraqlı insanlarla ünsiyyətdə olmaq fürsəti qazandılar. Rayon rəhbərliyinin tədbirə hər cür dəstək verməsi, hətta İcra hakimiyyətinin başçısının həm açılış həm də bağlanış mərasimlərində jurnalistlərlə görüşməsi onlar üçün tədbirin əhəmiyyətini bir daha göstərirdi. 

“Jurnalistikada informasiyanın təqdimat prinsipləri: dəqiqlik, qərəzsizlik, vicdanlı, ədalətli” mövzusunda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli, “Yeni media şəraitində jurnalistin peşəkarlıq səviyyəsi” mövzusunda “APA” informasiya agentliyinin baş direktoru Vüsalə Mahirqızı, “Media hüququ və Azərbaycan gerçəkliyi”  hüquqşünas-təlimçi Ələsgər Məmmədli, “Fotojurnalistika və Azərbaycan reallığı” mövzusu ətrafında Azpress.az fotoportalının baş direktoru Rasim Sadıxov, “Sosial jurnalistika: perspektivləri və müasir texnologiyalar” mövzusunda jBDU-nun jurnalistika fakültəsinin müəllimi Zaur Babayevin apardığı təlimlər zamanı jurnalistlər daha çox  müzakirəyə üstünlük verir, bir biri ilə açıq polemikaya keçirdilər.

Mövzular içərisində ən diqqət çəkənlərdən biri də  “Avropaya inteqrasiya: Azərbaycanın Avropada tanıdılması” istiqamətində “Avronest” PA-ın enerji komitəsinin həmsədri Fuad Muradov jurnalistlərlə verdiyi məlumat oldu. 

Müasir jurnalistikanın tələblərinə uyğun olaraq “Blogerlik və sosial jurnalistika”  mövzunda təlimlər də keçirildi.

Jurnalistlər həmçinin asudə vaxtlarında müxtəlif intellektual oyunlar keçirir, idman yarışları olurdu. Jurnalistlər arasında “Ən tez xəritəni kim yığar”, “Mafiya”, stolüstü oyunlar keçirilirdi. Layihənin ən yaddaqalan hissələrindən biri də İsmayıllı rayonu “İvanovka” kəndinə təşkil olunmuş tur oldu. Jurnalistlər bura da səmərəli vaxt keçirdilər. 

P.S. Avtobusla geri qayıdan zaman iştirakçıların fikirləri ilə maraqlandıq. Hər kəs öz fikrini bildirdi. Amma ümumi bir rəy belə idi ki, heç kim geri qayıtmaq istəmirdi...

Arxiv
first first Fevral, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29
Əlaqə

Tel./Fax: (+99412) 564 90 13/14

fmuradov@fmuradov.az
www.fmuradov.az