Fuad Muradov seçiciləri qəbul edib

Şrift ölçüsü: Decrease font Enlarge font
image

16 Noyabr 2011-ci il tarixdə Səbail rayonu 29-cu seçki dairəsindən millət vəkili seçilmiş Fuad Muradov Milli Məclisin qəbul otağında seçiciləri qəbul edib. Deputat seçiciləri narahat edən məsələlər və problemlərlə tanış olub. 
 
Bu qəbulda da seçicilər özlərinin müxtəlif problemləri, şikayətləri ilə müraciət ediblər. Müraciətlər arasında müharibə veteranı olan seçicinin təqaüd məsələsi, mənzilin qeydiyyatı, iş yerinin dəyişdirilməsi, sosial, hüquqi məsələlər yer almışdı.  
 
Millət vəkili öz seçicilərini dinləyib. Bildirilən məsələlərlə bağlı müvafiq işlərin görüləcəyini bildirib. Millət vəkili qeyd edib ki, bütün məsələlər diqqət mərkəzində olacaq. Seçicilər qəbul edilib dinlənildikdən sonra onların müvafiq ərizələri götürülərək aidiyyatı orqanlara ünvanlanması ilə bağlı millət vəkili öz göstərişlərini verib. Bəzi vətəndaşların problemlərini yerində həll olunması üçün müəyyən tədbirlər görülüb. 

Mətbuat xidməti

Arxiv
first first Fevral, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29
Əlaqə

Tel./Fax: (+99412) 564 90 13/14

fmuradov@fmuradov.az
www.fmuradov.az