“Sabah üçün yeni liderlər"
Milli Məclisin deputatı Fuad Muradov 2011-ci ilin 22-25 iyun tarixlərində Belçikanın Brüsel şəhərində qlobal və regional xarakterli siyasi, sosial- iqtisadi məsələlərin və aktual problemlərinə həsr olunmuş Krans Montana Forumunun 22-ci sessiyasında iştirak edib.
Millət vəkili 25 iyunda həmin tədbir çərçivəsində “Sabah üçün yeni liderlər” (New Leaders of Tomorrow) adlı xüsusi görüşdə çıxış edib. Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov Forumun İdarə heyəti tərəfindən “Krans Montana Forumu”nun “Sabah üçün yeni liderlər”in üzvü kimi gələn 3 il ərzinə təyin olunub.
Qeyd edək ki, Krans Montana Forumunun əsası 1989-cu ildə qoyulub və bu forum hər il iyun ayında baş tutur. Hər il dünyanın 1000-dən artıq yüksək vəzifəli şəxsləri bu toplantıya qoşulur. Bu forum rəhbərlik rəsmiləri üçün olan yeganə bir toplantıdır. Azərbaycan bu forumda qonaq ölkə kimi iştirak edib. Krans Montana Forumunun 23-cü görüşü Bakıda keçiriləcək.
Arxiv
| B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 |
Əlaqə
Tel./Fax: (+99412) 564 90 13/14


















