Fuad Muradov “Avronest” PA Enerji Komitəsinin həmsədri seçilib

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Bu gün Brüsseldə “Avronest” Parlament Assambleyasının komitələrinə seçkilər keçirilib. Bu barədə açıqlamanı “Avronest” Parlament  Assambleyasının  təsis  iclasında  iştirak etmək üçün Belçikada səfərdə olan nümayəndə heyətinin üzvləri məlumat verib. Seçkilərin nəticəsi olaraq Milli Məclisin deputatı Fuad Muradov enerji komitəsinin həmsədri seçilib.  
 
Qeyd edək ki,  Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik  və  müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun başçılıq etdiyi parlament nümayəndə heyətinin tərkibinə parlamentin Hüquq siyasəti və dövlət  quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Gülçöhrə Məmmədova, Elxan Süleymanov, Fuad Muradov və Asim Mollazadə  daxildirlər. 
 
Brüssel  şəhərində  keçirilən   toplantıya  Avropa  Parlamentinin prezidenti Yerzi Buzek, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna  və Moldovanın  parlament  nümayəndə  heyətləri  qatılacaq. 
 
İclasda “Avronest” PA-nın komitə və qurumları, struktur bölmələri  yaradılacaq, təşkilatın gələcək fəaliyyət mexanizmləri müzakirə  edilir. 


Arxiv
first first Fevral, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29
Əlaqə

Tel./Fax: (+99412) 564 90 13/14

fmuradov@fmuradov.az
www.fmuradov.az