ANA SƏHİFƏ
XƏBƏRLƏR
TƏRCÜMEYİ-HAL
PLATFORMA
YAZILAR
MÜSAHİBƏLƏR
MƏTBUATDAN
RƏYLƏR
FORUM
FOTO SƏRGİ
BİZİMLƏ ƏLAQƏ
MƏCLİS İCLASLARI
ARXİV



 

 

 

www.fmuradov.az


 
 

 

 


Sədrlik edən. Çox sağ olun. Fuad Muradov
F.Muradov. Təşəkkür edirən cənab Sədr. Hörmətli millət vəkilləri, mən də həmkarlarımla razıyam ki, bu qanun cəmiyyət üçün çox zəruridir və hər bir insanın, hər bir dövlət qurumunun, komissiya üzvünün zəhmətinə görə təşəkkürümü bildirirəm. Bir neçə məqamlara toxunmaq istiyirəm. Əslində, Azərbaycan indi inkişaf mərhələsindədir və bütün qanunlarımız sivil formada qəbul edilməlidir.
Biz yeni texnologiyalar dövründə yaşayırıq. İnformasiyanı düzgün əldə etmək çox düzgün bir məsələdir. Ona görə birinci təklifim ondan ibarətdir ki, bütün dərmanlarım məlumat bazası yaradılsın. Bu belə də problem bir məsələ deyil. Mən 7 Avropa və 5 Asiya ölkəsində təhlil apardım və gördüm ki, bütün ölkələrdə dərman aptekə daxil olan kimi kompüterə salınır, xüsusi məlumat bazası yaradılır və aptekin özü artıq onun haqqında təlimatı tərcümə də edir, oradakı məlumatı da geniş şəkildə yayır və artıq xəstə aptekə gələndə dərman haqqında bütün məlumatı İnternetdən ala bilir. Əgər bu yoxdursa, gəlib aptekdə həmin dərman haqqında məlumatı printerdə çap edib ala bilir.
İkinci, əczaxanaların şəbəkəyə qoşulması çox vacibdir. Misal üçün, Binəqədidə yerləşən aptekdə dərman olmadıqda şəbəkəyə baxa bilər ki, hansı aptekdə bu dərmanlar var, insanlar əziyyət çəkməsinlər, aptekləri bir-bir gəzməsinlər. Bütün dünyada bu praktika mövcuddur. Bu belə bir problemli məsələ də deyil. Mən təxminən hesablamışam və hesab edirəm ki, hər bir aptek bu sistemi tətbiq edə bilər.
Reklamla bağlı məsələ ilə mən razıyam. Mən də bir neçə ölkələrdə baxdım. Hətta bəzi Asiya ölkələrində belə bir təcrübə də vardır ki, hansısa bir dərmanı reklam etmək istəyən şirkət mütləq bir sosial reklamda verməlidir. Həmin şirkət boynuna götürür ki, mən həmin dərmanı bir ay ərzində reklam edcəyəm və bir ay ərzində cəmiyyəti narahat edən sosial reklamın da verilməsini öz boynuma götürüb həmin vəsaiti kommersiya telekanalına ödəyəcəyəm. Bununla da bərabər, mən razıyam ki, dərman reklamı ciddi nəzarətə götürülməlidir. Təşəkkür edirəm.


Səhifə 100


F.Muradov. Hörmətli sədarət, hörmətli millət vəkilləri!
Öncə dəyişiklikləri dəstəkləyən hər hansı bir insana təkliflərinə görə təşəkkürümü bildirmək istiyirəm. Bildiyiniz kimi, Azərbaycan gənclər hərəkatlarının, təşkilatlarının inkişafı 1995-ci ilin axırından başlayıb. Bu prosesdə ümummilli liderimiz Heydər Əliyevin böyük rolu olub və Azərbaycan gənclərini, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarını hər zaman dəstəkləyib. İldən-ilə Azərbaycan gəncləri dinamik proseslərdə iştirak edirlər. Ona görə də qanuna belə bir dəyişiklik edilməsi vacib idi. Neçə aydır həm Gənclər və İdman Nazirliyi, həm də Milli Məclisdə olan gənc millət vəkilləri bu qanuna dəyişikliklər və əlavələri müzakirə edirlər. Onu da qeyd etmək istəyirəm ki, təkcə iki qurum yox, həm də qeyri-hökümət təşkilatları bu aksiyaya qatılmışlar. Demək istəyirəm ki, bu qanuna dəyişikliklər və əlavələr çox geniş miqyasda müzakirə olunmuşdur və çox dəyərli fikirlər var idi və fikirlərin əksəriyyəti də həmin dəyişikliklər və əlavələrdə öz əksini tapıb.
Bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm. Gənclər fondu ilə bağlı hörmətli nazir məlumat verdi. Bir daha dəqiqləşdirmək istəyərdim ki, bütün dünyada belə fondlar mövcuddur. Bu fondun idarə olunması, onun hansı formada inkişaf etməsi artıq ikinci məsələdir. İlk məsələ ondan ibarətdir ki, dpvlət tərəfindən gənclərə qayğı göstəriləcək, gənclər yerli fonddan, yerli maliyyədən bəhrələnə biləcəklər. Siz bilirsiniz ki, müxtəlif fondlar yaradılır. Xarici investisiya və digər qüvvələrin investisiyaları ilə yaradılan fondlar hər zaman olduğu kimi şəffaflığı gözləmirlər. Ona görə də belə bir fondun yaradılması və bu fondda yerli maliyyənin olması ilk öncə gənclər təşkilatlarına düzgün istiqamət verə bilər, onlar düzgün fəaliyyət göstərə bilərlər. Bu fəaliyyətdən, fonddan yararlanaraq məsuliyyət hiss edərlər ki, maliyyə dövlətdən gəlir və buna proqramları, lahiyələri çox ciddi düşünərək yanaşmalıdırlar. Ona görə də bu fondun olması çox vacibdir. Avropa məkanında Avropa Gənclər Fondu mövcuddur. Bildirmək istəyirəm ki, bu fondun təsis olunması məhz Avropa Parlamenti tərəfindən təklif edilib. Azərbaycanda belə bir ideyanın parlament tərəfindən gəlməsi çox müsbət haldır. Belə praktika artıq dünyada var. Hesab edirəm ki, bu fondun inkişafı ilə bağlı müəyyən fikirlər ola bilər. Amma bu məsələni müsbət qarşılamağınızı xahiş edirəm.
İkinci, gənclər evi ilə bağlı məsələyə toxunuldu. Bunun ikinci adı gənclər mərkəzidir. Bu da Avropada çoxdan mövcud olan bir şəbəkədir. Burada əsas fəaliyyət gənclərlə bağlıdır. Əsasən, burada müxtəlif tədbirlərin keçirilməsi nəzərədə tutulur. Siz bilirsiniz ki, bu gün Azərbaycanda çoxlu müxtəlif işlər götürülür. Biz istərdik ki, Azərbaycan gəncləri də bu işlərdə fəal iştirak etsinlər. Onların proqramlarını, ideyalarını müzakirə etmək üçün məhz belə gənclər evinin olması vacibdir. Siz bilirsiniz ki, artıq Azərbaycan mərkəzə çevrilib. Bütün dünyadan qonaqlarımız gəlirlər. Onların yerləşdirilməsi, asudə vaxtlarının təşkili üçün bütün regionlarda belə gənclər evlərinin olması çox vacibdir. Bu da, təbii ki, ancaq dövlət tərəfindən təşkil olunmalıdır.
Üçüncü məsələ yaşla bağlıdır. Hörmətli həmkarlar bu məsələyə toxundular. Əlavə etmək istəyərdim ki, nəyə görə məhz bu yaş həddində üstünlük verilir? Birincisi, ona görə ki, bayaq vurğulandı, BMT praktikasında bu yaş mövcuddur. Biz istəyərdik ki, bizim gənclər də həmin beynəlxalq proqramlarda iştirsk etsinlər. Əgər biz yaşı dəyişməsək, müəyyən qlobal layihələrdən bizim gənclərimizi məhrum edə bilərik. Həmçinin də məktəbdə oxuyan gənclərdən də söhbət gedir. Ona görə ki, həm yerli proqramlarda, həm müxtəlif BMT səviyyəsində, həm də Avropa İttifaqı səviyyəsində gedən tədbirlərdə gənclər iştirak edə bilsinlər.
İkinci səbəbi cənab nazir vurğuladı. Üçüncü, Azərbaycan gənclərinin potensialı çox yüksəkdir. Hesab edirəm ki, Azərbaycan gənclərimiz intellektual səviyyələrinə görə çoxlu gənc təbəqədən çox-çox irəli gediblər. Ona görə də bu qanuna dəyişikliklər və əlavələrin qəbul olunmasını sizdən xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.


F.Muradov. Hörmətli cənab sədr, hörmətli millət vəkilləri! Bu gün ölkəmizdə hər sahədə olduğu kimi, hüquq və məhkəmə sistemində də islahatlar gedir. Bu islahatların banisi və təşəbbüskarı hörmətli Prezident İlham Əliyevdir. Mən hesab edirəm ki, bu gün həyata keçirilən islahatlar çox vacibdir və biz də millət vəkili olaraq bunu dəstəkləməliyik. Təbii ki, Məhkəmə-Hüquq Şurasının yaradılması və onun müstəqil fəaliyyət göstərməsi də müsbət hal kimi qiymətləndirilməlidir. Mən hesab edirəm ki, belə bir qrupun olması, orada məhkəmələrin, hakimlərin işinə yüksək səviyyədə baxılması, onların işinə yüksək qiymət verilməsi çox vacibdir. Bu, Avropada mövcüd olan bir praktikadır ki, hər hansı bir hakim haqqında müsbət və ya mənfi rəy olursa, Məhkəmə-Hüquq Şurasında qeydə alınır və bunlar gələcəkdə nəzarət mexanizminin yaradılmasında çox mühüm rol oynayır.
Bununla bərabər mənim bir neüçə təklifim var. Çox müsbət haldır ki, cənab Prezident hakimlərin maaşının qaldırılması ilə bağlı sərəncam imzalamışdır. Mən hesab edirəm ki, hakimlərin nə qədər çox mevacibi olsa, bu daha geniş müstəqilliyə gətirib çıxara və onların normal şəraitdə fəaliyyətini bərpa edə bilər.
Növbəti vacib məsələ ondan ibarətdir ki, bu gün hakimlərin sayının az olması bəzən müəyyən nöqsanlara gətirib çıxarır. Misal üçün, keçən il Səbail Rayon Məhkəməsində təkcə mülkiyyət hüququ, özəlləşdirmə ilə bağlı 771 işə baxılıb. Təbii ki, bu qədər işə 4 hakimin baxması həm fiziki, həm də mənəvi baxımdan müəyyən problemlərə gətirib çıxara bilər. Əli müəllim öz çıxışında qeyd etdi ki, bu istiqamətdə addımlar atılır. Onların məvaciblərinin artırılması, onlara əlavə imtiyazların verilməsi də çox vacibdir. Yəni bütün dünyada belədir, hakimlərin nə qədər çox imtiyazları varsa, onların müstəqilliyi də bir o qədər yüksək səviyyədə olur.
Burada məhkəmələrlə bağlı müxtəlif fikirlər söylənildi. “Məhkəmələrin qərarları hərraca çıxarılır” və sair belə fikirlərlə razı deyiləm. Müəyyən problemlər mövcuddur. Bu problemlər daha çox insan faktoru ilə əlaqədar olduğuna görə mövcuddur. Amma bizim normal işləyən ədalətli hakimlərimiz var. Mən istəməzdim ki, belə bir yüksək tribunadan o cür fikirlər səslənsin. Hesab edirəm ki, Məhkəmə-Hüquq Şurasının bu istiqamətdə fəaliyyəti ildən-ilə güclənir və hər hansı bir vətəndaşən hakimlərlə bağlı şikayəti varsa, Məhkəmə-Hüquq Şurasına müraciət edə bilər.
Növbəti deyəcəyim məsələ çox vacibdir. Əgər biz hakimlərin müstəqilliyindən danışırıqsa, ilk növbədə, biz də millət vəkili olaraq bu islahatları dəstəkləməliyik, müdafiə eləməliyik. Biz hətta hakimlərə kömək eləməliyik ki, onlara başqa istiqamətlərdən müdaxilələr olmasın. Amma bəzi hallarda belə neqativ hallar millət vəkilləri tərəfindən yaradılır.
Sonda vurğulamaq istəyirəm ki, müxtəlif beynəlxalq təşkilatlar müxtəlif fikirlər söyləyə bilərlər, amma bizim öz yolumuz var və bu yol uğurlu yoldur. Elə beynəlxalq təşkilatlar var ki, onlar Azərbaycanın təcrübəsindən istifadə edirlər və biz də bu sahədə müəyyən məsləhətlərimizi verə bilərik. Hakimlərə uğurlar arzulayıram. Hesab edirəm ki, biz bu məsələlərə çox müsbət yanaşırıq. Məhkəmə-Hüquq Şurasına da uğurlar arzulayıram və hesab edirəm ki, həmin şurada icra orqanının nümayəndəsinin olması müsbət hal kimi qiymətləndirilməlidir. Bu, dövlətin Məhkəmə-Hüquq Şurasına göstərdiyi diqqətdən irəli gəlir. Hesab edirəm ki, bunu da nəzərə almalıyıq. Diqqətinizə görə təşəkkür edirəm.
F.Muradov. Çox sağ olun. Ziyafət müəllim, çox vaxtında ad ilə bağlı dəqiqləşmə apardınız və hesab edirəm ki, Sizin dediklərinizdən sonra bu problem aradan qalxmalıdır. Təbii ki, bu cür sistemin, yəni sosial adaptasiyanın təqdim olunması ölkə üçün çox müsbət bir haldır. Çünki, adətən, belə maliyyə yüklü tədbirlərin həyata keçirilməsi, yəni reabilitasiya mərkəzlərinin yaradılması, onların geniş vüsət alması təkcə o ölkələrdə şamil olunur ki, orada büdcə buna imkan verir. Ona görə də Azərbaycanda da bunun tətbiq olunması çox müsbət hal kimi qiymətləndirilməlidir. Eyni zamanda, hesab edirəm ki, zamanında qəbul edilən vacib bir qanun lahiyəsidir. Çünki Azərbaycanda penitensiar sistemdə islahatlar başlanıb və beynəlxalq qanunvericiliyə uyğun olaraq davam etdirilir. Təbii ki, ölkə başçısının penitensiar sistemdə islahatları dəstəkləməsinin də bu sahənin düzgün istiqamətdə inkişafında böyük rolu var. Özüm də hesab edirəm ki, belə bir qanun lahiyəsinin müzakirə və qəbul olunması çox vacibdir və həmkarlarımı buna səs verməyə çağırıram.
Bir neçə məqam var ki, mən onu rəsmi olaraq müvafiq komissiyaya təqdim eləyəcəyəm. Amma mən bir neçə vacib məsələyə toxunmaq istəyərdim. Birincisi, sosial adaptasiya deyəndə biz daha çox insanların reabilitasiyasından danışırıq. Biz onu düşünməliyik ki, bu insanlar uzun müddətdən sonra yeni həyata qədəm qoyurlar. Onların bu həyatda normal addım atması üçün həmin mərkəzlərin yaranması vacibdir. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, bu mərkəzlərin yaranması heç də asan məsələ deyil. Belə mərkəzlərin yaranması və bunun necə olması ilə bağlı bütün dünyada hələ də mübahisələr və müzakirələr gedir.
Bir statiskanı da burada vurğulamaq istəyərdim. Burada beynəlxalq təcrübədən danışıldı. Beynəlxalq təcrübəyə, statistikaya görə, həmin insanların 60 faizi məhz reabilitasiya mərləzlərində islah olunurlar. Yəni bəzi ölkələrdə, xüsusən də inkişaf etmiş ölkələrdə reabilitasiya mərkəzlərinin roul çox böyükdür. Bəzi hallarda reabilitasiya mərkəzlərinin yaranması müəyyən penitansiar müəssisələrin dəyişməsinə gətirib çıxarır. Bu gün biz bu mərkəzlərin yaranmasından danışırıqsa, təbii ki, gələcəkdə büdcəyə baxmalıyıq. Çünki buarada dövlətin üzərinə böyük bir məsuliyyət düşür. Bayaq vurğulandı, buarada məşğulluğun təmin edilməsindən tutmuş, mənzillə təmin edilməyə qədər məsələlər var. Təbii ki, bu məsələ maliyyə tutumu ilə bağlı olduğuna görə biz büdcəyə bir daha baxmalıyıq.
Burada bir neçə maddədə “borcludur” sözü qeyd olunur. Mən hesab edirəm ki, bu söz “eləməlidir” və ya “olunmalıdır” sözləri ilə əvəz edilməlidir. Çünki dövlət qurumu bunu ixtiyarına götürürsə, eləyir. Yəni burada borc söhbəti ola bilməz.
Maddə 5-də çox ciddi bir məsələ var. Burada yazılır ki, bəzi qeyri-hökümət təşkilatları, bələdiyyələr, fiziki şəxslər könüllülük əsasında həmin həmin prosesə qatıla bilərlər. Mən hesab edirəm ki qeyri-hökümət təşkilatə bunu edə bilər. Amma burada mütləq müəyyən dövlət qurumuna məlumat verilməlidir. Çünki bizim praktikamızda var, hər hansı bir təşkilat beynəlxalq təşkilat Azərbaycana gəlir, fəaliyyət göstərir və mühüm sosial qruplarla işlər aparır, amma heç bir dövlət qurumunun bu haqda məlumatı olmur. Ona görə də hesab edirəm ki, mütləq müvafiq dövlət qurumuna bu barədə məlumat verilməlidir. Burada heç bir məhdudiyyətdən deyil, sadəcə olaraq, məlumatlandırmaqdan söhbət gedir.
Maddə 9.1-də deyilir ki, həmin insanlar ailəyə qaytarıla bilərlər. Istisna hal kimi ailəyə qarşı törədilmiş cinayətlər göstərilir. Mən hesab edirəm ki, biz bura “ağır cinayətlər törəmiş şəxslərdə istisna olmaqla” sözlərini əlavə etməliyik. Bu məsələ geniş müzakirə ediləndən sonra həmin insanların ailədə qəbul olunması, yaxud qəbul olunmaması məsələsi gündəmə gələ bilər.
Növbəti məsələ 13.1-ci maddə ilə bağlıdır. Orada konkret göstərilir ki, müvafiq icra qurumları tərəfindən müəyyən şəxslərə birdəfəlik pul yardımı ödənilməlidir. Burada konkret məbləğ göstərilsə, yaxşı olardı. Yəqin ki, ikinci oxuşunda buna yenə qayıda bilərik. Xüsusi vurğulamaq istədiyim növbəti məsələ yeniyetmə yaşına çatmayan və ya yeniyetmə yaşını keçən...
Sədrlik edən. Çox sağ olun. Biz reqlamenti 5 dəqiqə elədik, ona görə də xahiş edirəm, reqlamentə əməl edin.


F.Muradov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən sessiyanın uğurlu nəticələri ilə bağlı hamınızı təbrik edirəm. Hesab edirəm ki, dövlət və millət naminə uğurlu işlər görülüb.
Çox vaxt burada aparılan təmir və quruculuq işləri ilə bağlı fikirlər səslənir. Mən hesab edirəm ki, parlamentdə çox yüksək səviyyədə işlər görülüb. Başqa ölkələrdən gələn nümayəndə heyətləri dəfələrlə vurğulayıblar ki, belə bir inkişaf, belə bir yenilik, heç bir parlamentdə yoxdur. Mənə elə gəlir, həm cənab Prezident İlham Əliyevə, həm də parlamentin rəhbərliyinə təşəkkürümüzü bildirməliyik ki, bizə belə bir şərait yaradılıb. İndi ölkədə, dövlətə vəsait var və bundan səmərəli istifadə olunur. İnsanların gözü həm gözəl işlər görür, həm də rahatlıq olur. Mənə elə gəlir ki, biz hamımız bunu alqışlamalıyıq.
Mən də Əli Əhmədovun kütləvi informasiya vasitələri ilə bağlı dediklərinə qoşuluram. Son vaxtlar bəzi kütləvi informasiya azğınlaşıb. Nə kiçik bilirlər, nə də böyük. Amma özlərinin hər hansı bir məsələsini böyük bir faciə kimi cəmiyyətə çatdırmaq istəyirlər. Cəmiyyət artıq onlara cavabını verib. Bu ondan ibarətdir ki, cəmiyyət belə kütləvi informasiya vasitələrinin nümayəndələrini görmək istəmir. Burada kiminsə nə sifarişi olub, nə də istəyi. Bu, millətin, camaatın fikridir. Mən gənclərin arasında oluram, bunu hiss edirəm. Ölkədə bu qədər müsbət işlər görülür, quruculuq işləri gedir, amma bunu görmürlər. Mənə elə gəlir ki, buna biganə qalmamalıyıq və “Kütləvi informasiya vasitələri haqqında” Qanuna dəyişiklik etmək lazımdır.
Sonra, siz bilirsiniz ki, Azərbaycanda yüksək səviyyədə yollar çəkilir və təbii ki, infrastruktur da bununla bağlı müasirləşirlər. Ona görə də yol müfəttişləri dəfələrlə məndən xahiş ediblər ki, biz bu məsələyə baxaq. Yəni yol cərimələrinin məbləğini qaldırmaq lazımdır. Çünki köhnə cərimələr qalıb. Biz dəfələrlə rastlaşmışıq ki, qanunu pozur, ödəyir və çıxıb gedir. Ona görə də mən hesab edirəm ki, bu cərimələrin məbləğini qaldırmaq lazımdır. İnsanlar cəriməni ödəyəndə hiss etməlidirlər ki, qanunu pozublar və ödədikləri simvolik məbləğ deyil.
İndi səsləndirəcəyim növbəti məsələyə, hesab edirəm ki, növbəti sessiyada baxıla bilər. Bu da kommunal xidmətlə, xüsusən də məişət təssərüfatı tullantıları ilə bağlıdır. Səbail rayonunun sakinləri bu barədə mənə dəfələrlə müraciət ediblər. Bununla bağlı bəzi problemlər yaranıb. Xüsusən də qarşıdan yay ayları gəlir. Müvafiq dövlət qurumlarına müraciət etmişik, amma hələ də bu işdə irəliləyişlər yoxdur. Səh300


Sədrlik edən. Çox sağ olun. Fuad Muradov
F.Muradov. Hörmətli Sədr, hörmətli millət vəkilləri!
Bildiyimiz kimi, son zamanlar Qarabağla bağlı məsələlər gündəmdədir. Cənab Prezidentin məsələni sülh yolu ilə həll edilməsi yolunda sistemli hərəkətlərini biz görürük. Təbii, bizim diplomatik uğurlarımız qarşı tərəfi provokasiya etməyə vadar eliyir. Dünən seperatçı və quldur rejim Moskvada Qarabağ günləri keçirib. Moskvada oxuyan azərbaycanlı tələbləri etiraz aksiyası keçiriblər. Məlumat üçün bilidirim ki, bu tələbələr yüksək intellektuala malik tələbələrdilər. Moskva Dövlət Universitetində, digər universitetlərdə oxuyurlar və burda heç bir başqa məqam olmayıb. Amma buna baxmayaraq, onların etiraz aksiyası düzgün başa düşülməyib və 20-yə yaxın gəncimiz həbsə alınıb. Bütün bunları nəzərə alaraq, cənab Sədr, mən sizdən xahiş edirəm, rəsmi olaraq səfirliyə, yaxud deputata kimi müraciət eliyək.
Həqiqətən də, bizim diplomatik uğurlarımız bəzi qüvvələri hərəkətə gətirib. Bu prosesi pozmaq, provokasiya etmək üçün belə aksiyadan istifadə edirlər. Belə bir aksiya Rusiya – Azərbaycan günləri ərəfəsində baş verir. Bizim tələbələrin istəyi, sadəcə, o olub ki, Qarabağ günləri keçirilərsə buna maraq göstərilirsə, burada Azərbaycan tərəf də iştirak etməlidir. Təbii, yerli hakimiyyət buna imkan yaratmalı, bu etirazları normal qarşılamalı, bu məsələyə aid müəyyən açıqlama verməli idi. Cənab Sədr, mən bilirəm ki, Siz bütün məsələlərə diqqətlə yanaşırsınız və xahiş edirəm, ordakı Azərbaycan gənclərinin hüquqlarını, maraqlarını burada qoruyaq. Bəzi qüvvələr bildirirlər ki, bizim gənclərimiz orada alverlə məşğul olurlar, onlar bizim tələbələrimizdilər, intellektual potensialı olan gənclərimizdirlər. Əgər biz onları qorumasaq, sabah həmin seperat və quldur rejim öz fitnəkarlığını davam etdirəcək. Ona görə mən həm Sizdən, həm də millət vəkillərindən xahiş edirəm ki, bu gün belə ciddi məsələyə münasibətlərini bildirsinlər.

Səhifə 18


Sədrlik edən. Sağ olun. Fuad Muradov
F.Muradov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Həqiqətən də, təqdim olunan dəyişikliklər texniki məsələ kimi qəbul oluna bilər. Sadəcə, bir neçə məsələni nəzərinizə çatdırmaq istəyirəm. Həqiqətən də, Azərbaycanda ipoteka sisteminin işləməsi, ipotekanın belə geniş vüsət alması, ictimaiyyətdə maraq doğurmasının bir səbəbi var. Bu da ondan ibarətdir ki, ipotekadan əsasən gənclər yararlanırlar. Ona görə gənclər adından təşəkkürümü bildirirəm. Qanunvericilik bazasının təkmilləşdirilməsi cənab Prezident tərəfindən təklif edilmişdir. Bu gün artıq proses gedir. Müəyyən təkmilləşdirilmələr var və bunu da nəzərə almalıyıq. Biz də bir neçə həmkarımızla bu qanunvericiliklə bağlı müəyyən təkliflərimizi hazırlamış və təqdim etmişik. Bəziləri qəbul olunmuşdur, bəziləri yox.
Nazirlər Kabinetində müzakirə olunan son variant haqqında. Ümumiyyətlə, ipotekanın bu gün verilən subyekt tərəfindən müyyən dəqiqləşdirilməsi lazımdır. Belə təkliflər var idi, burada bunlar öz əksini tapıb. Uzunmüddətli kreditin verilməsini torpağa da aid eləmək olar. Burada konkret vaxt göstərilmir. Əsasən, gənc ailələrə yönəldiyinə görə müəyyən gənclər üçün də xüsusi şərtlərin tətbiq olunması nəzərdə tutulmalıdır. Biz keçən dəfə bu barədə bir az danışdıq. Xüsusən də tərxis olunmuş zabitlər, əsgərlikdən, hərbi xidmətdən qayıtmış gənclər üçün güzəştlər olmalıdır. Təqdim olunan dəyişikliklərlə bağlı demək istəyirəm ki, bunu təsdiq edə bilərik.

Sehife 687




Sülh döngəsi 2A
Tel.: (+99412) 5649014 / Faks: (+99412) 5649014
Mob.: (+99455) 782-72-27

fmuradov@fmuradov.az
www.fmuradov.az

Fuad Muradov
Səbail Rayonunu Millət Vəkili

MƏTBUATDAN
 

 


160 saylı məktəbdə Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Səbayel rayonundakı 160 saylı məktəbdə Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, Səbayel rayon İcra Hakimiyyətinin Azərbaycan Hüquqşünaslar Konfederasiyası ilə birgə keçirdiyi konfransa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov, millət vəkili Fuad Muradov və Ombudsman Aparatının əməkdaşları qatılıblar. Millət vəkili Fuad Muradov bildirib ki, Bəyannamənin 60 illiyi münasibətilə Səbayel rayonunda silsilə tədbirlər keçirilir. Bu tədbirlərə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi də dəstək verib. Millət vəkilinin sözlərinə görə, artıq rayonun bir neçə məktəbində belə tədbirlər keçirilib: “Biz istəyirik ki, uşaqlar insan haqları bəyannaməsini bilsinlər və gələcəkdə öz hüquqlarını bilən vətəndaşlar kimi yetişsinlər. Biz bu prosesə Səbayel rayonundan başladıq. İstərdik ki, digər rayonlar da bu aksiyalara qoşulsunlar”. Tədbirin sonunda məktəblilərin ifasında bəyannamənin müddəaları və insan haqlarına dair şerlər səsləndirilib.


Milli Məclisin üzvü Fuad Muradov İspaniyaya səfər edəcək
18:24 / 03.10.2008
Noyabrın 22-24-i tarixlərində Madrid şəhərində Avropa Gənclər Təşkilatlarının konfransı keçiriləcək. Tədbirdə iştirak etmək məqsədi ilə Milli Məclisin üzvü Fuad Muradov İspaniyaya səfər edəcək. Bu barədə məlumatı SİA-ya F.Muradov özü verib. Konfransda gənclərlə bağlı bir sıra məsələlər müzakirə olunacaq. Qeyd edək ki, F.Muradov oktyabrın 5-də isə Belçikanın paytaxtı Brussel şəhərinə səfərə gedəcək.

 


  • Gürcüstan görüşləri faydalı oldu / Xalq qəzeti - 3 avqust 2006 - cı il
  • Millət vəkili Fuad Muradov Səbail rayon sakinlərinin sosial problemlərinin həllində fəal iştirak edir
  • "Üç nöqtə" qəzeti: