|
Azərbaycan
Respublikasının prezidentliyinə namizəd cənab
İlham Əliyevin seçki-təşviqat kampaniyası «İlhamla
irəli» devizi ilə oktyabrın 3-də ölkənin bir sıra
rayon mərkəzlərində, o cümlədən paytaxt Bakının
rayonlarında yüksək əhval-ruhiyyəti ilə davam
etmişdir.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun
və bu kursun layiqli davamçısı Prezident İlham
Əliyevin Azərbaycanı qüdrətli, firəvan, inkişaf
etmiş, zəngin gələcəyə doğru aparan siyasi və
iqtisadi islahatlar kursuna dəstək və müdafiə
çağırışları ilə keçirilən «İlhamla irəli» kampaniyası
çərçivəsində keçirilən kütləvi aksiyalar bir qayda
olaraq yerli icra hakimiyyətləri tərəfindən qanuna
müvafiq olaraq namizədlərin görüşləri üçün nəzərdə
tutulmuş ünvanlarda təşkil olunmuşdur.
Oktyabrın 3-də minlərlə seçicinin iştirakı ilə
keçirilmiş çox səmimi və mitinq-görüşlərdə çıxış
edən ictimaiyyət nümayəndələri qarşıdan gələn
prezident seçkilərində cənab İlham Əliyevin şəksiz
və böyük üstünlüklə mütləq qalib olacağına şübhə
etmədiklərini bəyan etmişlər. Çıxışlarda hakim
olan bir fikir isə bu olmuşdur ki, Prezidenti
İlham Əliyevin son beş ildə Azərbaycan üçün gördüyü
nəhəng işlər Onun qarşıdan gələn seçkilərdə də
mütləq qalibiyyətini artıq təmin etmişdir.
Kütləvi aksiyalarda iştirak edən insanlar Azərbaycanın
2003-cü il prezident seçkilərindən ötən dövr ərzində
qazandığı uğurlardan, ölkəmizin regionda, eləcə
də beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsindən,
əhalinin sosial-rifah halının günü-gündən yüksəlməsindən
və əldə olunmuş dinamik inkişafdan bəhs etmiş,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi altında hələ uzun illər yeni-yeni
uğurlara və zəfərlərə imza atılacağına əminliklərini
ifadə etmişlər.
Azərbaycan Respublikasının Prezidentliyinə namizəd
cənab İlham Əliyevin «İlhamla irəli» devizi ilə
seçki kampaniyası çərçivəsində oktyabrın 3-də
ölkənin bütün guşələrində, bütün rayon, kənd və
qəsəbələrdə geniş mitinq-görüşlər keçirilmişdir.
Prezidentliyə namizəd cənab İlham Əliyevin vəkillərinin
və Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat
qrupunun nümayəndələrinin Bakının Yasamal, Səbael,
Nəsimi, Nizami rayonlarında, Suraxanı rayonunun
Bül-bülə qəsəbəsində, Qaradağ rayonunun Ələt qəsəbəsində,
Sabunçu rayonunun Zabrat qəsəbəsində, Əzizbəyov
rayonunun Buzovna qəsəbəsində, Binəqədi rayonunun
Rəsulzadə qəsəbəsində, Bakının Nərimanov rayonunda
məskunlaşmış Zəngilan rayonundan olan məcburi
köçkünlərlə, Abşeron rayonunun Məhəmmədi kəndində,
Sumqayıt şəhərinin 11-ci mikrorayon yaşayış massivində,
Samux şəhər meydanında və Oğuz şəhər stadionunda,
Saatlı və Şirvan şəhərlərində seçicilərlə görüşləri
keçirilmişdir.
Bayram əhval-ruhiyyəsində keçirilən kütləvi aksiyalarda
Azərbaycan Respublikasının prezidentliyinə Yeni
Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli
sürülmüş cənab İlham Əliyevin vəkillərindən MM-in
deputatları Abel Məhərrəmov, Mixail Zabelin, Fəttah
Heydrov, Eldar İbrahimov, Rəbiyyət Aslanova, Səttar
Mehbalıyev, Hadı Rəcəbli, Ağacan Abıyev, Novruzəli
Aslanov, Mirkazım Kazımov, Rövşən Rzayev, Musa
Quliyev, İmamverdi İsmayılov, Elman Məmmədov,
Ülvi Quliyev, Məlahət Həsənova, Nizami Cəfərov,
YAP İdarə Heyətinin üzvü Zahid Qaralov, Azərbaycan
Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov,
Azərbaycan Memarlıq və İncəsənət Universitetinin
rektoru Gülçöhrə Məmmədova, Bakı Slavyan Universitetinin
rektoru Kamal Abdullayev, Azərbaycan Müəllimlər
İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, BDU-nun
professoru Musa Qasımov, təbliğat-təşviqat qrupunun
təmsilçilərindən MM-in deputatları Nizami Xudiyev,
Asəf Hacıyev, Rüstəm Xəlilov, Rəfael Cəbrayılov,
Madər Musayev, Eyvaz Qurbanov, Adil Əliyev, Əhməd
Vəliyev, Rauf Əliyev, Eldar Quliyev, Aydın Abbasov,
Əkrəm Abdullayev, YAP İdarə Heyətinin üzvü Kərim
Kərimov, AMEA-nın müxbir üzvü Sudeyif İmamverdiyev,
Azərbaycan Texniki Universitetinin rektoru Havar
Məmmədov, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru
Hikmət Məmmədov, Ali İctimai-siyasi kollecin direktoru
Rasim Nəbiyev, AMDP-nin sədri Elşən Musayev iştirak
etmişlər.
Bütövlükdə, seçki kampaniyasının ötən 18 günü
ərzində «İlhamla irəli» devizi altında kütləvi
aksiyalarda ölkə seçicilərinin böyük əksəriyyətinin
iştirakı faktı prezidentliyə namizəd cənab İlham
Əliyevin alternativsiz lider olduğunu, geniş ictimaiyyət
tərəfindən birmənalı dəstək qazandığını nümayiş
və bir daha təsdiq etmişdir.
Yeni Azərbaycan Partiyasının «İlhamla irəli» çağırışı
ilə həyata keçirdiyi seçki kampaniyasının yüzminlərlə
iştirakçısı oktyabrın 15-də xalqın ümid yerinə
- Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bundan
sonra da davam etdirilməsinə, Azərbaycan Respublikasının
Prezidenti, YAP-ın namizədi cənab İlham Əliyevə
səs verəcəklərini və bu siyasi kursun yeni-yeni
uğurlar qazanmasına dəstək olacaqlarını bəyan
etmişlər.
Qələbə İnkişafındır!
Qələbə İLHAM ƏLİYEVİNDİR!
|