ANA SƏHİFƏ
XƏBƏRLƏR
TƏRCÜMEYİ-HAL
PLATFORMA
YAZILAR
MÜSAHİBƏLƏR
MƏTBUATDAN
RƏYLƏR
FORUM
FOTO SƏRGİ
BİZİMLƏ ƏLAQƏ
MƏCLİS İCLASLARI
ARXİV



 

 

 

www.fmuradov.az


 
 

 


[18 sentyabr 2008]
Azərbaycanda fəaliyyət göstərən qeyri-ənənəvi, radikal dini icmalara əsasən gənclər cəlb olunur. Bu barədə açıqlamanı SİA-ya müsahibəsində Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov verib. “Gənclərin belə zərərli yerlərdən çəkindirilməsi üçün təmsil etdiyim qurum bir sıra tədbirlər həyata keçirməyi nəzərdə tutub. Gənclər arasında radikal dini icmaların təbliğat aparması mənfi tendensiyalarla nəticələnə bilər”, - deyən F.Muradov bəzən həmin gənclərin imkansızlıq ucbatından bu icmalara sövq etdiyini bildirib. F.Muradov hədəf seçilən gənclər arasında onlarla maddi imkanı yüksək olanların da olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın ruhani qurumları və hüquq-mühafizə orqanları sözügedən məsələ ilə əlaqədar fəaliyyəti aktivləşdirməlidir. “Çünki həmin radikal dini icmalar gənclərlə özlərinə sərf edən şəkildə işlərini qururlar. Rəhbərlik etdiyim gənclər təşkilatı bu ildən təlim kurslarına başlayacaq”,-deyən F.Muradov gənclərin bu sektalara yönəlməsi, onların əsl İslamdan xəbərsiz olmasından irəli gəldiyini nəzərə çatdırıb. F.Muradov Milli Şura tərəfindən təlim kursları ilə yanaşı, kitab və broşuraların nəşr etdirib, gənclər arasında yaylması ilə bağlı da işlər görüləcəyini söyləyib. Onun sözlərinə görə, bütün bunlar gənclərin qismən də olsa, həmin dini icmaların tələsinə düşməsindən xilas edə biləcək.


 


Sülh döngəsi 2A
Tel.: (+99412) 5649014 / Faks: (+99412) 5649014
Mob.: (+99455) 782-72-27

fmuradov@fmuradov.az
www.fmuradov.az

Fuad Muradov
Səbail Rayonunu Millət Vəkili

MƏTBUATDAN
 

 


160 saylı məktəbdə Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Səbayel rayonundakı 160 saylı məktəbdə Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, Səbayel rayon İcra Hakimiyyətinin Azərbaycan Hüquqşünaslar Konfederasiyası ilə birgə keçirdiyi konfransa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov, millət vəkili Fuad Muradov və Ombudsman Aparatının əməkdaşları qatılıblar. Millət vəkili Fuad Muradov bildirib ki, Bəyannamənin 60 illiyi münasibətilə Səbayel rayonunda silsilə tədbirlər keçirilir. Bu tədbirlərə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi də dəstək verib. Millət vəkilinin sözlərinə görə, artıq rayonun bir neçə məktəbində belə tədbirlər keçirilib: “Biz istəyirik ki, uşaqlar insan haqları bəyannaməsini bilsinlər və gələcəkdə öz hüquqlarını bilən vətəndaşlar kimi yetişsinlər. Biz bu prosesə Səbayel rayonundan başladıq. İstərdik ki, digər rayonlar da bu aksiyalara qoşulsunlar”. Tədbirin sonunda məktəblilərin ifasında bəyannamənin müddəaları və insan haqlarına dair şerlər səsləndirilib.


Milli Məclisin üzvü Fuad Muradov İspaniyaya səfər edəcək
18:24 / 03.10.2008
Noyabrın 22-24-i tarixlərində Madrid şəhərində Avropa Gənclər Təşkilatlarının konfransı keçiriləcək. Tədbirdə iştirak etmək məqsədi ilə Milli Məclisin üzvü Fuad Muradov İspaniyaya səfər edəcək. Bu barədə məlumatı SİA-ya F.Muradov özü verib. Konfransda gənclərlə bağlı bir sıra məsələlər müzakirə olunacaq. Qeyd edək ki, F.Muradov oktyabrın 5-də isə Belçikanın paytaxtı Brussel şəhərinə səfərə gedəcək.

 


  • Gürcüstan görüşləri faydalı oldu / Xalq qəzeti - 3 avqust 2006 - cı il
  • Millət vəkili Fuad Muradov Səbail rayon sakinlərinin sosial problemlərinin həllində fəal iştirak edir
  • "Üç nöqtə" qəzeti: