|
Gürcüstanda səfərdə olan Azərbaycan Milli Məclisinin
bir qrup gənc deputatının soydaşlarımız yaşayan
bölgələrə səfəri davam edir. Bu barədə APA-ya
məlumat verən Azərbaycan nümayəndə heyətinin üzvü,
millət vəkili Fuad Muradov onlarla birlikdə səfərdə
Kvemokartlinin qubernatoru Zürab Melikişvilinin
də iştirak etdiyini deyib.
Onun sözlərinə görə, nümayəndə heyəti artıq Marneuli
və Qardabani rayonlarında yaşayan azərbaycanlılarla
görüş keçirib: “Marneuklidə yerləşən Mədəniyyət
Evində soydaşlarımızla görüşdükdən sonra, Aşıq
Kamandarın 70 illik yubileyi və kitabının təqdimat
mərasimində iştirak etdik.Qardabanidə isə yeni
inşa edilən iki tibb mərkəzinin açılış mərasiminə
qatıldıq”. F. Muradov hər iki rayonda əhali ilə
görüşüb, onların problemləri ilə maraqlandıqlarını
deyib: “ soydaşlarımız, əsasən, sosial və məişət
problemlərini qaldırırlar. Bundan başqa, onların
gömrüklə bağlı da problemləri var”. F. Muradovun
sözləinə görə, bu vaxta qədər soydaşlarımızın
torpaqla bağlı qarşılaşdıqları əsas problem həll
edilmək üzrədir: “Orada artıq yeni torpaq islahatları
başlayıb. Bu günə qədər 10 mindən artıq azərbaycanlıya
torpaq sahələri paylanılıb. Biz inanırıq ki, bu
problem tezliklə həll ediləcək”. Millət vəkili
nümayəndə heyətinin hazırda Rustaviyə getdiyini
və orada yaşayan soydaşlarımıza görüşdükdən sonra,
sabah Azərbaycana dönəcəyini deyib
Tədbirdə 11 dövlətin nümayəndəsi iştirak etməli
idi. Lakin Ermənistan nümayəndələri konfransa
qatılmamışdı. Yaranmış imkandan istifadə edərək,
ilk növbədə Azərbaycan həqiqətləri barədə həmkarlarımıza
geniş məlumat verdik. Xüsusən də Azərbaycan torpaqlarının
bir hissəsinin Ermənistan tərəfindən işğala məruz
qalması məsələsini daim gündəmdə saxladıq. Biz
həmin tədbir çərçivəsində orada təmsil olunan
dövlətlərin gənc millət vəkilləri ilə görüşlər
keçirdik, fikir mübadiləsi apardıq və əlaqələr
yaratdıq. Məsələn Macarıstan və Estoniyadan olan
millət vəkilləri ilə görüşlərdə kifayət qədər
maraqlı söhbətlərimiz oldu. Gürcüstanlı həmkarlarımızla
ölkələrimiz arasındakı əməkdaşlığı daha da inkişaf
etdirmək üçün maraqlı fikir mübadiləsi apardıq.
Gürcüstanın dövlət məmurları ilə görüşlərimizdə
onlar Prezident İlham Əliyev haqqında gözəl fikirlər
səsləndirdilər. Onlar gürcüstanın ən çətin anlarında
Azərbaycanın və bilavasitə Prezident İlham Əliyevin
dəstəyini və qayğısını xüsusi minnətdarlıq hissi
ilə qeyd etdilər.
Bildiyiniz kimi, Batumi turizmməkanı kimi tanınır.
Bizim üçün iki ölkə arasında turizm sahəsində
əlaqələrin inkişafı maraqlı idi. Lakin biz digər
sahələrə də diqqət ayırdıq. Gürcüstanın Turizm
Departamentinin rəhbərliyi ilə yanaşı, daxili
işlər nazirinin müavini və digər rəsmilərlə görüşlərimiz
oldu. Onlar Gürcüstandakı proseslər haqqında bizə
ümumi fikirlərini çatdırdılar. Energetika naziri
ilə görüşdə Gürcüstanla Azərbaycan arasındakı
böyük enerji layhələri, neft və qaz Kəmərlərinin
habelə gələcəkdə nəqliyyat dəhlizlərinin yaradılması
məsələləri müzakirə olundu. Qərarə gəldik ki,
belə görüşlərin tez-tez keçirilməsinə zərurət
var.
Görüşümüzün ikinci hissəsi Gürcüstanın Marneuli
şəhərində baş tutdu. Burda görüş keçirməyə bizim
öz maragımız var idi. Bundan sonra Rustavidə və
digər şəhərlərdə də olduq və orada yaşayan azərbaycanlılarla
görüşdük. Dövlət rəsmləri bizimlə çox açıq danışdılar
və bildirdilər ki, bütün suallara cavab verməyə
hazırdılar. Bizi maraqlandıran suallara onların
cavabları nümayəndə heyətimizin üzüvlərini qane
etdi. Gürcüstanda yaşayan soydaşlarımızın problemləri
ilə bağlı müzakirələr də diqqət mərkəzində idi.
Marneulidə azərbaycanlıların Mədəniyyət Mərkəzi
açılıb. Orada keçirdiyimiz görüşdə mərkəzə kitablar
təqdim etdik. Soydaşlarımızla keçirdiyimiz görüşlərdən
belə qənaətə gəldik ki, əsas problem Marneulidə
yox, regionlardadır. Qardabani və Candarada azərbaycanlılar
daha sıx yaşayır və onların problemi çoxdur. Buradakı
problem əsasən, sosial-iqtisadi məsələlərlə bağlıdır.
Azrbaycanlıların əsası problemlərindən biri də
torpaq islahatları ilə əlaqədardır. Öyrəndik ki,
burada artıq torpaq islahatlarına başlanılıb.
Gürcüstandakı Azərbaycan məktəbləri ilə də tanış
olduq. Hesab edirəm ki, həmin məktəblərə daha
çox diqqət göstərmək lazımdır, onlara dərsliklər
göndərilməlidir.Marneulinin qubernatoru bizə bildirdi
ki, artıqbu məsələlərin həllinə başlayıblar. Hazırda
kəndlərarası yollar abadlaşdırılır. Bu da sakinlərin
öz məhsullarını satışa çıxarmasına kömək edəcək.
Qardabanidə tibb mərkəzinin açılışındada iştirak
etdit. Kənddə yaşayanların torpaq sahələrini suvarma
problemi var. Soydaşlarımız gömrük məsələlərindən
də narazılıq etdilər. Ancaq dövlət rəsmiləri bizə
bildirdilər ki, bu məsələ tezliklə öz həllini
tapacaq.
Fuad Muradov qonşu respublikada gənclərlə baglı
görülən, işlər barədə də məlumat verdi:
Gənclərin problemi daha çoxdur. Xüsusən də onların
asudə vaxtının təşkili işində çətinliklər var.
Biz qubernatorlarla bu barədə müəyyən fikir mübadiləsi
apardıq. Qərara gəldik ki, Gürcüstanda fəaliyyət
göstərən Azərbaycan Mədəniyyət mərkəzinə kompüter
və kitab yardımı edək ki, gənclər oraya gəlsinlər.Həmçinin
çalışacağıq ki, yerli hakimiyyətin köməyi ilə
idman meydançaları tikilsin və biz də öz növbəmizdə
bu işdə köməyimizi əsirgəməyək.
Əliqismət Bədəlov
Xalq qəzeti
3 avqust 2006 - cı il
|