ANA SƏHİFƏ
XƏBƏRLƏR
TƏRCÜMEYİ-HAL
PLATFORMA
YAZILAR
MÜSAHİBƏLƏR
MƏTBUATDAN
RƏYLƏR
FORUM
FOTO SƏRGİ
BİZİMLƏ ƏLAQƏ
MƏCLİS İCLASLARI
ARXİV



 

 

 

www.fmuradov.az


 
 

 

 

Ilk baxışdan Bakı şəhərinin mərkəzi rayonu hesab edilən Səbail rayonu sosial problemlərin ən az olduğu rayon təəssüratını yaratsa da əslində bu rayonun ərazisində 20 - ci sahə, Bayıl və Badamdar qəsəbələri kimi sosial problemlərin hələ də mövcud olduğu sahələr vardır.
Ölkəmizdə gedən sürətli inkişaf tempi, quruculuq və yenidənqurma işləri yaxın gələcəkdə Azərbaycanın bütün şəhər və qəsəbələri kimi Səbail rayonunun da sosial - iqtisadi problemlərinin tam həllindən xəbər verməkdədir.
Əlbəttə ki, bu istiqamətdə hər bir ölkə vətəndaşı dövlətin icra strukturları ilə yanaşı, çiyin-çiyinə fəaliyyət göstərməli və keçid dövrünün doğurduğu mövcud və qaçılmaz problemlərin həllində birgə mübarizə aparmalıdır.
Amma bu dövlətimizin üzərinə düşən məsuliyyəti əsla azaltmamalı, əksinə daha da artırmalıdır. İqtisadi inkişafdan və yenidənqurma işlərindən söhbət açarkan digər bir tərəfdən də hörmətli prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə uğurla həyata keçirdiyi məqsədyönlü kadr islahatlarını da nəzərdən qaçırmamalıyıq.
Çünki, məhz bu uzaqgörən və səmərəli islahatların nəticəsidir ki, Bakı şəhəri də daxil olmaqla Azərbaycanın bütün bölgələrində müsbət istiqamətdəki dəyişikliklər artıq bütün xalqımızın diqqət mərkəzindədir. Başqa bir misal isə 6 noyabr 2006 - cı ildə keçirilən və demokratikliyi ilə seçilən Parlament seçkilərini göstərmək olar. Məhz həmin seçkilərdə yalnız xalqın etimadını qazanmış və layiqli namizələr millət vəkili seçildilər.
Əhalisinin 2/3 hissəsinə yaxın bir qismini gənclərin təşkil etdiyi ölkəmizdə gənc millət vəkillərinə ehtiyac doğururdu və son parlament seçkilərində bu ehtiyac açıq şəkildə özünü biruzə verdi və parlamentdə gənc deputatların sayı artdı. Gənc deputatlardan biri də 29 Saylı Səbail seçki dairəsindən millət vəkili seçilmiş Fuad Muradov oldu.
Fuad Muradov millət vəkili seçilən gündən idiyədək həmin rayonun sakinləri tərəfindən sosial problemlərlə bağlı ona ünvanlanmış çoxsaylı müraciətlərin həllində yaxından iştirak etməklə öz seçicilərinin etimadını doğrultmaqdadır.
Deputat seçildikdən bu günə kimi Səbail rayonunun Bayıl, 20-ci sahə və Badamdar qəsəbələrindəki bir qrup sakinlərə maddi yardımdan tutmuş onlarla mütəmadi görüşlərə qədər, xəstə, kimsəsiz, 20 yanvar və Qarabağ müharibəsi veteranlarının və şəhid ailələrinin evlərinə baş çəkməklə daim öz seçicilərinin içərisində olmuş və onların dərdinə şərik olmuşdur.
Bundan əlavə bir qrup sakin tərəfindən ona ünvanlanmış və həlli tez bir zamanda vacib olan bir sıra problemlərlə bağlı ərizələrin aidiyyatı üzrə icra orqanlarına göndərilməsində və həmin problemlərin həllində yaxından iştirak etmişdir.
Xüsusilə agır şəraitdə yaşan və xüsusi qayğıya ehtiyacı olan insanların mənzil kommunal problemləri, su və xüsusən də qaz saygaclarınin quraşdırılmasında və digər bu kimi başqa problemlərin həllində birbaşa iştirak edərək həmin insanlardan öz köməyini əsirgəməmişdir.
Buna misal olaraq son günlərdə Səbail rayonu ərazisində yerləşən İbrahim Məmmədov və Lütfin Babayev, İ.Məmmədov, Y.Mürsəlov, Şahlar Allahverdiyev, Aydın Məmmədov və xüsusilə asfalt örtüyünün tam yararsız vəziyyətdə olduğu Xanlar küçələrindəki su borularının nasazlıqlarının aradan qaldırılmasını, kanalizasiya sisteminin bərpasını, həmin küçələrdəki asfalt örtüyünün əsaslı təmirini, uzun fasilələrlə yığılan məişət tullantılarının intensiv və vaxtlı-vaxtında təmizlənməsini, küçələrdəki işıqlandırma sisteminin bərpasını və s. bu kimi problemlərin həllini göstərmək olar.
Sonda isə dəyərli oxucularımıza yuxarıda adları çəkilən küçələrdən birinin sakinləri tərəfindən Fuad Muradova ünvanlamış təşşəkkür məktubunu heç bir dəyişiklik etmədən sizlərə təqdim edirik.

 


Sülh döngəsi 2A
Tel.: (+99412) 5649014 / Faks: (+99412) 5649014
Mob.: (+99455) 782-72-27

fmuradov@fmuradov.az
www.fmuradov.az

Fuad Muradov
Səbail Rayonunu Millət Vəkili

MƏTBUATDAN
 

 


160 saylı məktəbdə Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Səbayel rayonundakı 160 saylı məktəbdə Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, Səbayel rayon İcra Hakimiyyətinin Azərbaycan Hüquqşünaslar Konfederasiyası ilə birgə keçirdiyi konfransa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov, millət vəkili Fuad Muradov və Ombudsman Aparatının əməkdaşları qatılıblar. Millət vəkili Fuad Muradov bildirib ki, Bəyannamənin 60 illiyi münasibətilə Səbayel rayonunda silsilə tədbirlər keçirilir. Bu tədbirlərə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi də dəstək verib. Millət vəkilinin sözlərinə görə, artıq rayonun bir neçə məktəbində belə tədbirlər keçirilib: “Biz istəyirik ki, uşaqlar insan haqları bəyannaməsini bilsinlər və gələcəkdə öz hüquqlarını bilən vətəndaşlar kimi yetişsinlər. Biz bu prosesə Səbayel rayonundan başladıq. İstərdik ki, digər rayonlar da bu aksiyalara qoşulsunlar”. Tədbirin sonunda məktəblilərin ifasında bəyannamənin müddəaları və insan haqlarına dair şerlər səsləndirilib.


Milli Məclisin üzvü Fuad Muradov İspaniyaya səfər edəcək
18:24 / 03.10.2008
Noyabrın 22-24-i tarixlərində Madrid şəhərində Avropa Gənclər Təşkilatlarının konfransı keçiriləcək. Tədbirdə iştirak etmək məqsədi ilə Milli Məclisin üzvü Fuad Muradov İspaniyaya səfər edəcək. Bu barədə məlumatı SİA-ya F.Muradov özü verib. Konfransda gənclərlə bağlı bir sıra məsələlər müzakirə olunacaq. Qeyd edək ki, F.Muradov oktyabrın 5-də isə Belçikanın paytaxtı Brussel şəhərinə səfərə gedəcək.

 


  • Gürcüstan görüşləri faydalı oldu / Xalq qəzeti - 3 avqust 2006 - cı il
  • Millət vəkili Fuad Muradov Səbail rayon sakinlərinin sosial problemlərinin həllində fəal iştirak edir
  • "Üç nöqtə" qəzeti: