ANA SƏHİFƏ
XƏBƏRLƏR
TƏRCÜMEYİ-HAL
PLATFORMA
YAZILAR
MÜSAHİBƏLƏR
MƏTBUATDAN
RƏYLƏR
FORUM
FOTO SƏRGİ
BİZİMLƏ ƏLAQƏ
MƏCLİS İCLASLARI
ARXİV



 

 

 

www.fmuradov.az


 
 

 

          
24 Fevral 2006-cı il tarixində Millət Vəkili Fuad Muradov Səbail rayonu 20-ci sahə                 qəsəbəsində yerləşən Gəmi Təmir Zavodunda görüş keçirdi. Görüşdə sözü gedən zavodun idarə heyəti ilə yanaşı həmin zavodun fəhlələri və burada çalışan Qarabağ müharibəsi veteranları da iştirak edirdilər.

         Öz çıxışında ilk olaraq Gəmi Təmiri Zavodunun tarixi haqqında və zavodun ölkəmizə göstərmiş olduğu əvəzsiz xidmətlər haqqında ətraflı söhbət açan Fuad Muradov, Qarabağda gedən qızğın döyüşlər zamanı sıradan çıxmış zirehli texnikanın təmirinin heç bir zavod tərəfindən qəbul edilmədiyi halda məhz Gəmi Təmiri Zavodu bu şərəfli və eyni zamanda məsuliyyətli işi öz öhdəsinə götürməsini də xüsusi olaraq vurğuladı. Burada təmir olunmuş zirehli texnikanın və zavodun ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə iştirak etmiş və şəhid olmuş vətənpərvər fəhlələrinin vətənin çətin günlərindəki xidmətlərinin heç bir zaman unudulmayacağı və gələcək nəsillərə örnək olacağını bildirdi.

         Daha sonra Fuad Muradov ona sualı olan görüş iştirakçılarına söz verdi.

         Gəmi Təmir Zavodunun fəhlələri onlara tibbi xidmətlərin dövlət tərəfindən təmənnasız göstərilməsi və bu xidmətin səviyyəsini yüksəldilməsi ilə bağlı müraciət etdilər. Xidməti avtobuslarının köhnə və yararsız vəziyyətdə olmasından şikayət edən fəhlələrə isə müdriyyət tərəfindən həmin avtobusların yeniləri ilə əvəz olunacağı barədə söz verildi.

         Sonda isə Fuad Muradov Gəmi Təmir Zavodunun ərazisində gəzintiyə çıxaraq bir çox sexlərə də baş çəkdi.

 


Sülh döngəsi 2A
Tel.: (+99412) 5649014 / Faks: (+99412) 5649014
Mob.: (+99455) 782-72-27

fmuradov@fmuradov.az
www.fmuradov.az

Fuad Muradov
Səbail Rayonunu Millət Vəkili

MƏTBUATDAN
 

 


160 saylı məktəbdə Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Səbayel rayonundakı 160 saylı məktəbdə Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, Səbayel rayon İcra Hakimiyyətinin Azərbaycan Hüquqşünaslar Konfederasiyası ilə birgə keçirdiyi konfransa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov, millət vəkili Fuad Muradov və Ombudsman Aparatının əməkdaşları qatılıblar. Millət vəkili Fuad Muradov bildirib ki, Bəyannamənin 60 illiyi münasibətilə Səbayel rayonunda silsilə tədbirlər keçirilir. Bu tədbirlərə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi də dəstək verib. Millət vəkilinin sözlərinə görə, artıq rayonun bir neçə məktəbində belə tədbirlər keçirilib: “Biz istəyirik ki, uşaqlar insan haqları bəyannaməsini bilsinlər və gələcəkdə öz hüquqlarını bilən vətəndaşlar kimi yetişsinlər. Biz bu prosesə Səbayel rayonundan başladıq. İstərdik ki, digər rayonlar da bu aksiyalara qoşulsunlar”. Tədbirin sonunda məktəblilərin ifasında bəyannamənin müddəaları və insan haqlarına dair şerlər səsləndirilib.


Milli Məclisin üzvü Fuad Muradov İspaniyaya səfər edəcək
18:24 / 03.10.2008
Noyabrın 22-24-i tarixlərində Madrid şəhərində Avropa Gənclər Təşkilatlarının konfransı keçiriləcək. Tədbirdə iştirak etmək məqsədi ilə Milli Məclisin üzvü Fuad Muradov İspaniyaya səfər edəcək. Bu barədə məlumatı SİA-ya F.Muradov özü verib. Konfransda gənclərlə bağlı bir sıra məsələlər müzakirə olunacaq. Qeyd edək ki, F.Muradov oktyabrın 5-də isə Belçikanın paytaxtı Brussel şəhərinə səfərə gedəcək.

 


  • Gürcüstan görüşləri faydalı oldu / Xalq qəzeti - 3 avqust 2006 - cı il
  • Millət vəkili Fuad Muradov Səbail rayon sakinlərinin sosial problemlərinin həllində fəal iştirak edir
  • "Üç nöqtə" qəzeti: