ANA SƏHİFƏ
XƏBƏRLƏR
TƏRCÜMEYİ-HAL
PLATFORMA
YAZILAR
MÜSAHİBƏLƏR
MƏTBUATDAN
RƏYLƏR
FORUM
FOTO SƏRGİ
BİZİMLƏ ƏLAQƏ
MƏCLİS İCLASLARI
ARXİV



 

 

 

www.fmuradov.az


 
 

 


23 Fevral 2006-cı ildə Badamdar Mədəniyyət evində qəsəbə ziyalıları, ağsaqqallar və sadə insanlarla görüşən  Fuad Muradov ilk öncə Badamdar qəsəbəsinin ümumi
problemlərindən söz açdı. Qəsəbədə hələ də mövcud olan su, açıq kanalizasiya və torpaqla bağlı məsələlərin həlli istiqamətindəki irələyişlər və sahədəki çətinliklər haqqındaq görüş iştirakçılarına məlumat verən Fuad Muradov yerli Bələdiyyə və vətəndaşların qarşılıqlı münasibətlərinə də aydınlıq gətirdi. Bu günə qədər 500-dən çox Səbail sakinini qəbul etdiyini və onların da çoxunun bələdiyyələrlə torpaq problemlərinin olduğunu bildirən Fuad Muradov tərəfindən bu istiqamətdə ciddi işlərin aparıldığını və yaxın zamanda problemlərin aradan qaldırılacağını bildirdi.

Daha sonra görüş iştirakçıları onları narahat edən məsələlərə aydınlıq gətirmək üçün Fuad Muradova suallar verməyə başladılar. Bəzi müəllimlər məvaciblərinin nə zaman artacağı, təhsil haqqında yeni qanunun nə zaman qəbul olunacağı barədə soruşdular. Qəsəbə ağsaqqalları isə pensiyalar haqda müvafiq suallar verdilər. Görüş zamanı o da aydın oldu ki, 236 saylı məktəbdə təhsil alan şagirdlərin çoxluğu əlavə korpusun inşasına ehtiyac yaradır. Bundan əlavə 120 uşağın tərbiyə aldığı 136 saylı uşaq bağçasının da əsaslı təmirə ehtiyacı olduğu da məlum olmuşdur. Sonda isə Fuad Muradov görüş iştirakçılarının xahişi ilə ipoteka haqqında ətraflı məlumat verdi.

 


Sülh döngəsi 2A
Tel.: (+99412) 5649014 / Faks: (+99412) 5649014
Mob.: (+99455) 782-72-27

fmuradov@fmuradov.az
www.fmuradov.az

Fuad Muradov
Səbail Rayonunu Millət Vəkili

MƏTBUATDAN
 

 


160 saylı məktəbdə Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Səbayel rayonundakı 160 saylı məktəbdə Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, Səbayel rayon İcra Hakimiyyətinin Azərbaycan Hüquqşünaslar Konfederasiyası ilə birgə keçirdiyi konfransa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov, millət vəkili Fuad Muradov və Ombudsman Aparatının əməkdaşları qatılıblar. Millət vəkili Fuad Muradov bildirib ki, Bəyannamənin 60 illiyi münasibətilə Səbayel rayonunda silsilə tədbirlər keçirilir. Bu tədbirlərə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi də dəstək verib. Millət vəkilinin sözlərinə görə, artıq rayonun bir neçə məktəbində belə tədbirlər keçirilib: “Biz istəyirik ki, uşaqlar insan haqları bəyannaməsini bilsinlər və gələcəkdə öz hüquqlarını bilən vətəndaşlar kimi yetişsinlər. Biz bu prosesə Səbayel rayonundan başladıq. İstərdik ki, digər rayonlar da bu aksiyalara qoşulsunlar”. Tədbirin sonunda məktəblilərin ifasında bəyannamənin müddəaları və insan haqlarına dair şerlər səsləndirilib.


Milli Məclisin üzvü Fuad Muradov İspaniyaya səfər edəcək
18:24 / 03.10.2008
Noyabrın 22-24-i tarixlərində Madrid şəhərində Avropa Gənclər Təşkilatlarının konfransı keçiriləcək. Tədbirdə iştirak etmək məqsədi ilə Milli Məclisin üzvü Fuad Muradov İspaniyaya səfər edəcək. Bu barədə məlumatı SİA-ya F.Muradov özü verib. Konfransda gənclərlə bağlı bir sıra məsələlər müzakirə olunacaq. Qeyd edək ki, F.Muradov oktyabrın 5-də isə Belçikanın paytaxtı Brussel şəhərinə səfərə gedəcək.

 


  • Gürcüstan görüşləri faydalı oldu / Xalq qəzeti - 3 avqust 2006 - cı il
  • Millət vəkili Fuad Muradov Səbail rayon sakinlərinin sosial problemlərinin həllində fəal iştirak edir
  • "Üç nöqtə" qəzeti: