Deputat Fuad Muradov Milli Məclisdə seçicilərini qəbul edib
28 sentyabr 2011-ci ildə millət vəkili Fuad Muradov Milli Məclisin qəbul otağında 15 nəfər seçicisini qəbul edərək, onları narahat edən məsələlər və problemləri dinləmişdir. Bu görüşədək millət vəkili hər ay öz seçicilərini qəbul etmişdi.
Bu qəbulda da seçicilər özlərinin müxtəlif problemləri, şikayətləri ilə müraciət etmişdilər. Bunlar arasında qanunsuz qeydiyyatdan çıxarma, işsizliklə bağlı, mənzil məsələsi, imkansızlıqla bağlı, kommunal problemlər, vətəndaşın mənzil məsələsi, pasport qeydiyyatı, işə bərpa, şəxsi və digər sosial və hüquqi məsələlər yer alırdı.
Deputat seçicilərə bildirib ki, bütün məsələlər diqqət mərkəzində saxlanılacaq və ən qısa müddət ərzində həllini tapacaqdır.
“Biz hər ay sizinlə görüşlər keçiririk. Çalışırq ki, sizi narahat edən məsələləri həll edək.”
Seçicilər qəbul edilib dinlənildikdən sonra onların müvafiq ərizələri götürülərək aidiyyatı orqanlara ünvanlanması ilə bağlı millət vəkili öz göstərişlərini verdi. Bəzi vətəndaşların problemlərini yerində həll olunması üçün müəyyən tədbirlər görüldü.
Mətbuat xidməti
Arxiv
| B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
Əlaqə
Tel./Fax: (+99412) 564 90 13/14


















