APA::: “Xocalıya ədalət” beynəlxalq kampaniyasının on-line aksiyasına start verilib

Şrift ölçüsü: Decrease font Enlarge font
image

15 Dekabr 2010

Bakı. Laçın Sultanova – APA. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumu (İKGF) v «Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyi «Xocalıya ədalət» beynəlxalq təşviqat kampaniyasının on-line fəaliyyətinin təqdimatını keçirib.

APA-nın məlumatına görə, icmanın rəhbəri Bayram Səfərov Xocalı soyqırımını dünya tarixində ən qanlı qırğın adlandırıb, bir gecədə 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirildiyini söyləyib. O bildirib ki, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün dünyanın bir neçə ölkəsində icmanın nümayəndəlikləri yaradılacaq. İcma rəhbəri hamını fəal vətəndaş mövqeyi göstərməyə çağırıb.

İKGF-in baş katibi Elşad İsgəndərov 2008-ci ildən etibarən kampaniya çərçivəsində görülən işlər, xüsusilə Xocalı faciəsinin «insanlığa qarşı cinayət» kimi tanınması ilə bağlı beynəlxalq qurumların qəbul etdiyi sənədlərin əhəmiyyəti haqqında məlumat verib. «Xocalıya ədalət» kampaniyasına qarşı Ermənistan tərəfindən əks kampaniya aparıldığını söyləyən E. İsgəndərov bildirib ki, bu onu göstərir ki, Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən törədilmiş bir aksiya olub.

Millət vəkili, Xocalı soyqırımının şahidi Elman Məmmədov aparılan kampaniyanın çox lazımlı olduğunu söyləyib. O təklif edib ki, yaradılmış saytda Xocalının tarixi barədə məlumat yerləşdirilsin. E. Məmmədov bu yaşayış məskəninin tarixinin eramızdan əvvəl 3-5-ci əsrə gedib çıxdığını deyib: “Bu ərazilərin türklərə məxsus olduğunu sübut edən çoxlu nişanələr vardı”. Xocalı soyqırımının tanınması istiqamətində təbliğatın gücləndirilməsinin vacibliyini qeyd edən deputat bu işdə Xocalı soyqırımının minlərlə şahidi olan insanlardan istifadə olunmasını təklif edib.

«Xocalıya ədalət» kampaniyasının əlaqələndiricisi Nicat Məmmədov kampaniyanın yeni İnternet saytı, onun Facebook, Twitter, Youtube kimi sosial şəbəkələrdəki fəaliyyəti barədə geniş məlumat verib. O bildirib ki, kampaniya 3 hissədən – siyasi tanıtım, kütləvi aksiyaların keçirilməsi və ictimaiyyətlə əlaqə qurmaqdan ibarətdir.

Bakıda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərinin də iştirak etdiyi tədbirdə, həmçinin Xocavənd rayon İcra Hakimi Eyvaz Hüseynov, millət vəkili Fuad Muradov və digərləri çıxış ediblər. 
Arxiv
first first İyul, 2014 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Əlaqə

Tel./Fax: (+99412) 564 90 13/14

fmuradov@fmuradov.az
www.fmuradov.az