SIA::: Azərbaycan gənclərinin “Web konfrans”ı keçiriləcək
Gənclər Təşkilatları Milli Şurası, Gənclər və İdman Nazirliyi ilə birgə “Gənclər günü” ilə əlaqədar olaraq Azərbaycan gənclərinin “Web konfrans”ını keçirəcək. SİA-nın xəbərinə görə, Sumqayıt şəhəri, Quba, Şəki, Ağdaş, Göygöl, İsmayıllı, Lənkəran və paytaxt Bakının Xəzər rayonunu əhatə edəcək tədbir çərçivəsində hər rayondan 20 gənc olmaqla 140 nəfər online şəkildə iştirak edəcək.
“Web konfrans”ın moderatoru Milli Şuranın sədri, millət vəkili Fuad Muradov olacaq. Tədbirdə Gənclər və İdman naziri cənab Azad Rəhimov, adıçəkilən regionların millət vəkilləri və Azərbaycanda tanınmış gənclər təşkilatlarının sədrləri iştirak edəcək.
01-02-2012
Könül Kamilqızı
Arxiv
| B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
Əlaqə
Tel./Fax: (+99412) 564 90 13/14


















