Millət vəkili: “Gələn ildən gənclərə ipoteka kreditələrinin aşağı salınması, ilkin məbləğin artırılması mümkün olacaq” -MÜSAHİBƏ
Azərbaycan Respubaliksı Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradovun SİA-ya müsahibəsi
Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatındakı rolunu necə qiymətləndirirsiniz?
- Bu gün bizim nailiyyətlərimizin əsas işçi qüvvəsini Azərbaycan gəncləri təşkil edir. Təbii ki, Azərbaycanın 35 faizini gənclər təşkil edir. Cənab prezidentimiz hər zaman Azərbaycan gənclərini dəstəkləyib. Bütün bu şərtlər, amillər ölkənin qüdrətlənməsinə, güclənməsinə gətirib çıxarır. Təbii ki, bizim əsas istiqamətimiz, fəaliyyətimiz istər Milli Məclisdə, istər gənclər, istər ictimai təşkilatlarda Azərbaycan ərazi bütövlüyünün bərpasıdır. Bu məsələ ilə bağlı bizə bir çox beynəlxalq təşkilatlar irad tuturlar. Biz çalışırıq ki, Avropa ölkələri sırasında olarkən digər məsələlərə də aydınlıq gətirək. Biz təkcə öz problemlərimiz haqqında yox, eyni zamanda, Avropanı narahat edən problemlər haqqında da fikirimizi bildiririk. Bizə irad tutulur ki, Azərbaycan kimi güclü bir dövlət Ermənistan kimi kiçik dövlətin məsələsinə ciddi yanaşır. Etiraf edirlər ki, sizin mövqeyiniz ədalətlidir, düzgündür. Çox olmasa da belə məntiqli fikirlər mövcuddur. Bizim fikrimiz hər zaman birmənalı olaraq qalır. Bu Azərbaycan torpaqlarıdır və ərazi bütövlüyümüzü yenidən bərpa etməyə çalışırıq. Ermənilər hər zaman digər dövlətlərin torpaqlarına göz dikirlər və bu artıq onların qanındadır. Bu məsələdə mən düşünürəm ki, çox fəalıq. Azərbaycanın BMT təhlükəsizlik şrasına qeyri-daimi üzvlüyü, beynəlxalq təşkilatlarda təmsil olunması bəzi qonşu dövlətləri narahat edir. Biz də öz ölkəmizi daha da inkişaf etdirmək istiqamətində fəaliyyətimizi davam etdirir və daha da genişləndiririk.-
“Azərbaycan gəncliyi2011-2015-ci illərdə”Dövlət Proqramı çərçivəsində görülən işlər hazırda hansı səviyyədədir?
-Artıq dövlət proqramında olan müddəaları həyat keçirilməsinə başlanıb. Milli Şuranın təklif etdiyi “Vətəni tanı” kampaniyası təsdiq edilib. İndi bizim əsas fikrimiz odur ki, şagirdlərlə, tələblərlə vətənin tanınması istiqamətində müxtəlif tədbirlər həyata keçirək. Gördük ki, gənclərin Azərbaycanla bağlı Azərbaycan tarixi, rellığı ilə bağlı bəzi boşluqları mövcuddur. Amma biz layihə çərçivəsində bunları qismən də olsa aradan qaldırmalıyıq. Dekabrın sonunda bu layihə geniş formada ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, hər kəsi narahat edən gənclərin ipoteka kreditləri ilə bağlı məsələ də artıq Gənclər və İdman Nazirliyi, Milli Bankın idarə heyyətinin sədri bununla bağlı fikirlərini bildirdi. Düşünürük ki, gələn ildən ipoteka kreditələrinin aşağı salınması, həm də ilkin məbləğin artırılması mümkün olacaq. İndiki minimal faiz 4%-sə, gələn il bu rəqəm daha az olacaq. Ən əsası ilkin ödəniş məbləği də artacaq. Çünki indi Bakı şəhərində maksimal məbləğə ev almaq mümkün deyil.
- “Azərbaycan gəncliyi2011-2015-ci illərdə”Dövlət Proqramında internat məktəbi tərk edən gənclərin sonrakı taleyi ilə bağlı nələr nəzərdə tutulur?
- Düşünürük ki, gənclərlə bağlı qanunvericilik təkminləşdirilməlidir. Bu həm internat evlərini bitirən gəclərə aiddir. Eyni zamanda, mənzillə təmin edilməsi, peşə məktəblərinin fəaliyyəti, gənc ailələrin mənzil təminatı, gənc mütəxəssislərə iş tapmaqla bağlı yardımların edilməsini özündə əks etdirən bir çox sosial paket var. Biz də onu müzakirə etmək istəyirik. Dünyada baş verən iqtisadi böhran bir çox ölkələrdə sosial layihələrin azalmasına gətirib çıxarır. Amma Azərbaycan bu sosial layihələri dayandırmayıb. Biz çalışacağıq ki, gələn il yüksək həcmdə büdcə qəbul olunsun ki, dövlət proqramından irəli gələn məsələlər həyata keçirilsin.
04-11-2011
Könül Kamilqızı
Arxiv
| B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
Əlaqə
Tel./Fax: (+99412) 564 90 13/14


















