Qırğızstanın Gənclərlə İş Üzrə naziri Alınkulov Aliyazbek Tolbaşıyeviçin başçılığı altında nümayəndə heyəti ilə görüş

Şrift ölçüsü: Decrease font Enlarge font
image

21 sentyabr 2010-cu il tarixində Gənclər və İdman Nazirliyində Qırğızstanın Gənclərlə İş Üzrə naziri Alınkulov Aliyazbek Tolbaşıyeviçin başçılığı altında nümayəndə heyəti ilə Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının görüşü keçirildi. görüşdə GTMŞ-nın sədri Fuad Muradov, baş katib Orxan Ərəbov habelə «Demokratik islahatçı gənclər» ictimai birliyinin sədri Vüsalə Hüseynova, «Dünya gənc türk yazarlar» birliyinin sədri Əkbər Qoşalı iştirak etdilər.

Fuad Muradov çıxış edərək, qonaqlara Azərbaycanda gənclər siyasəti, GTMŞ-nın fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat vermişdir.

Görüşdə iki ölkənin gənclər təşkilatları arasında əlaqələrin daha da genişləndirilməsi, birgə layihələrin reallaşması, Azərbaycanın müstəqillik əldə etdikdən sonra gənclər siyasətində əldə etdiyi uğurlu təcrübə barədə fikir mübadiləsi aparılmışdır. Müzakirələr zamanı Qırğızıstanın nümayəndə heyəti Azərbaycan gənclər siyasətinin formalaşmasında əldə olunan uğurlu təcrübəsindən faydalanmaq məsələlərində, verəcəkləri dəstəyə görə  Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının rəhbərliyinə təşəkkür ediblər. Görüşün sonunda hər iki ölkənin gənclər təşkilatlarının gələcəkdə birgə layihələrdə iştirakı mövzuları da nəzərdən keçirilərək, xatirə şəkili çəkdirilib. 
Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Əlaqə

Tel./Fax: (+99412) 564 90 13/14

fmuradov@fmuradov.az
www.fmuradov.az