Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası Türkiyəli qonaqlarla görüş keçirdi
01 oktyabr 2010 – cu il tarixində, Gənclər və İdman Nazirliyinin akt zalında Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası Türkiyəli qonaqlarla görüş keçirildi. Tədbirdə ARGTMŞ- sədri Fuad Muradov, təşkilata üzv olan uşaq və gənclər təşkilatlarının rəhbərləri iştirak iştirak edirdi.
Türkiyəli qonaqlar Mersin - Silifke Bələdiyə Başkanı Bayram Ali ÖNGEL ,Mersin - Atakent Belediye Başkanı Hasan USLU, Silifke Ticaret Odası Yönetim Kurulu Üyesi Yevfik YILDIRIM, Avrasya Ekonomik İlişkiler Dərnəyi Başkanı, Avropa TV-nin Türkiye Temsilçiliyinin başqanı Hikmet EREN olub.
Tədbirdə çıxış edən ARGTMŞ-ın sədri Fuad Muradov bildirdi ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası gənclərin beynəlxalq əlaqələrinin qurulması və möhkəmləndirilməsində, inkişaf etmiş ölkələrdə təcrübə mübadiləsi və qeyri-formal təhsil imkanlarının inkişaf etdirilməsində, eləcə də qlobal səviyyədə gənclər işinin gücləndirilməsində səylərini davam etdirir.
Türkiyə Azərbaycan münasibətlərinə toxunan F. Muradov onu da qeyd etdi ki, dərin köklərə malik olan Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı sözdə deyil, əməldə təsdiq olunub. İki dost ölkə arasında iqtisadi, siyasi və mədəni sahədə əlaqələrin bugünkü səviyyəsi göz qabağındadır. Azərbaycanın müstəqilliyinin bərpasından sonra yüksələn xətlə inkişaf edən qarşılıqlı münasibətlər məhz bu təməl üzərində strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır.
Türkiyəli qonaqlar çıxış edərək bildirdilər ki, Türkiyə ilə Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlandığını, bütün məsələlərdə eyni mövqedən çıxış etməsini təsdiqləyən faktorlardan biri də rəsmi Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyidir. Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəkləyən rəsmi Ankara Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmayınca Ermənistanla diplomatik münasibətlərin qurulmasından imtina edib. Dost və qardaş Türkiyə Ermənistan işğalçılıq siyasətindən əl çəkməyincə bu dövlətlə sərhədlərin açılmayacağını da bəyan edib.
Qarşılıqlı fikir mübadiləsində qeyd olundu ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi, iki qardaş ölkənin vahid mövqedən çıxış edərək müxtəlif güc mərkəzlərinin təzyiqlərinə ləyaqətlə davam gətirməsi, prinsipial mövqedən geri çəkilməməsi antitürkiyə və antiazərbaycan qüvvələri narahat edir və buna qarşı birgə mübarizə daim davam etdirilməlidir.
Arxiv
| B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
Əlaqə
Tel./Fax: (+99412) 564 90 13/14


















