Fuad Muradov bir daha virtual dostları ilə görüşəcək
2011-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradovun Tvitter və Facebook sosial şəbəkəsindəki şəxsi səhifəsi üzrə dostları ilə görüşü keçiriləcəkdir. Görüş daha yaxından tanış olmaq və mövcud əlaqələri inkişaf etdirmək məqsədi daşıyır.
Görüşdə Fuad Muradovun Tvitter və Facebook sosial şəbəkəsindəki virtual dostları iştirak edə bilərlər. Görüşün səmərəli və maraqlı şəkildə təşkili üçün texniki məsələlər – tədbrin keçirilmə məkanı, günü və formatının düzgün seçilməsi, eyni zamanda görüş iştirakçılarının maraq və gözləntilərini maksimum qarşılamaq üçün müraciət ərizəsi tərtib edilmişdir. Görüşdə iştirak etmək üçün müraciət ərizəsini 20 dekbar 2011-ci il tarixədək fmuradov@fmuradov.az email ünvanına göndərmək vacibdir. İnanırıq ki, siz təkliflərinizlə görüşün texniki təşkili ilə bağlı bizə köməklik göstərəcəksiniz.
Görüşün keçirilmə yeri və vaxtı barədə əvvəlcədən məlumat veriləcəkdir.
Arxiv
| B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
Əlaqə
Tel./Fax: (+99412) 564 90 13/14











Download attachment >>







