“Vətəni tanı” Kampaniyası Tovuzda

Şrift ölçüsü: Decrease font Enlarge font
image

“Vətəni tanı” Ümumrespublika Kampaniyasının seçim turları davam etməkdədir. Layihə çərçivəsində növbəti tədbir Tovuz rayonunda baş tutub. Tədbirin açılış mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Tofiq Zeynalov bildirib ki, hazırda ölkəmizdə gənclər siyasəti çox uğurla həyata keçirilir. Gənclərimizin hərtərəfli inkişafı üçün istər paytaxtda, istərsə də regionlarda əlverişli şərait yaradılıb. Tədbirin əhəmiyyətindən danışan T. Zeynalov qeyd edib ki, Milli Şuranın bu təşəbbüsü çox təqdirəlayiqdir. Hazırda ölkəmizdə belə layihələrin həyata keçirilməsi çox vacibdir. 
 
Çıxış edən Milli Şuranın sədri, millət vəkili və eyni zamanda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı hazırlanması istiqamətində işçi qrupunun üzvü Fuad Muradov qeyd edib ki, gənclərimizin bütün istiqamətlərdə inkişaf ediblər.  Millət vəkili gənclərlə bağlı hazırlanan yeni proqramdan da danışıb. “Biz bu proqramın hazırlanmasında iştirak edirik. Burada çalışırıq ki, hər bir gəncin arzu və istəkləri proqramda öz əksini tapsın.” F. Muradov  Milli Şuranın bu istiqamətə bundan sonra da layihələr həyata keçirəcəyini qeyd edib.  
 
Millət vəkili Qənirə Paşayeva  çıxışında Azərbaycanın torpaqlarının işğal altında olması bildirərək belə layihələrin keçirilməsinin çox əhəmiyyətli olduğunu bildirib. Qeyd edib ki, bu gün Azərbaycan gəncləri həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıdırlar. 
 
Milli Şuranın Baş Katibi və eyni zamanda kampaniyanın rəhbəri Orxan Ərəbov çıxış edərək yarış haqqında gəncləri məlumatlandırıb. Onlara  seçim turunun gedişatı haqqında danışıb. Gənclərə seçim turunda uğurlar arzulayıb. 
 
150 tovuzlu gəncin qatıldığı yarışmada iki nəfər respublika turuna vəsiqə qazanıb. 

Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Əlaqə

Tel./Fax: (+99412) 564 90 13/14

fmuradov@fmuradov.az
www.fmuradov.az