Məlumat
Məktəb və tələbəlik illərindən ictimai fəallığı ilə fərqlənən Fuad Muradov Azərbaycan Dövlət Neft Akademiyasının Tələbə Həmkarlar Təşkilatı, Basketbol üzrə komanda da təmsil olunub. 1998-ci ildə Azərbaycanın müxtəlif ali məktəblərinin bir qrup tələbəsi tərəfindən yaradılmış "Ümidli Gələcək" Gənclər Təşkilatının təsisçilərindəndir.
2002-ci ildə Fuad Muradov Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Katibi vəzifəsində fəaliyyətə başlayır və həmin il Milli Şuranın BMT- nin İqtisadi və Sosial Şurasının məşvərətçi statusunu əldə etməsini Nyu-Yorkda müdafiə edir. 2002-2004-cü illərdə Avropa Gənclər Forumunun Maliyyə-nəzarət komissiyasının sədri vəzifəsinə seçilmişdir. 2003-cü ildə Milli Şuranın Baş Katibi, 2004-cü ildə sədri seçilir.
2004- cü ildə isə Milli Şuranın təşəbbüsü ilə təsis edilmiş Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Gənclər Forumunu Təsis Qurultayının işinə sədrlik etmişdir. Hal-hazırda həmin təşkilatın Avropa ölkələri ilə əlaqələndiricisi vəzifəsini daşıyır.
Fuad Muradov Azərbaycandan gənclər siyasətinin fəal simalarındandır, Gənclər siyasətinin inkişafı və təkmilləşdirilməsi, gənclərin təşkilatlanmas və gənclər təşkilatlarının fəaliyyətinin gücləndirilməsində real tövhələr vermiş, daima gənclərə və gənclər təşkilatlarına dəstək göstərir.
2007-ci ilin aprel ayında 39 ölkədən 72 təşkilatı təmsil edən 143 nəfər gənc nümayəndənin iştirakı ilə Avropa Gənclər Forumunun Üzvlər İclası Bakıda keçirilmişdir. Hər il bir neçə nüfuzlu beynəlxalq gənclər toplantıları, seminar, təlim və konfransların Bakıda keçirilməsində xüsusi rolu olan Fuad Muradov Azərbaycan gənclərinin və gənclər təşkilatlarının beynəlxalq aləmə inteqrasiyası, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi və beynəlxalq aləmdə təmsilçiliyinin yüksəlməsində əvəzsiz xidmətlər göstərmişdir. Onun dəstəyi ilə bir neçə gənclər təşkilatı beynəlxalq birliklərə üzv seçilmiş, minlərlə gənc Azərbaycanı xaricdə təmsil etmişdir.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 21 noyabr 1995- ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis edilmiş, 31 yanvar 1996 -cı ildə isə dövlət qeydiyyatına alınmışdır. Hal-hazırda öz ətrafında 70 uşaq və gənclər təşkilatlarını birləşdirir. XV ildönümünü qeyd edən ARGTMŞ Dövlət Gənclər Siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsində, gənclərin ictimai proseslərə və dövlət əhəmiyyətli tədbirlərə səfərbər edilməsində, Azərbaycan gəncliyinin beynəlxalq aləmdə layiqli təmsilçiliyinin təmin edilməsində, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında real uğurlara imza atmışdır.
1996 və 1999-cu illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi ilə birgə təşkil olunan Azərbaycan Gənclərinin Forumlarında ümummilli liderimiz cənab Heydər Əliyev iştirak etmişdir. 2005- ci ildə keçirilmiş Forumda Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin iştirakı gənclər siyasətinə yeni təkan vermişdir.
Milli Şura 1997-ci ildən Avropa Gənclər Forumunun tam hüququlu üzvü, 2002- ci ildən BMT- nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, 2004- cü ildən Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Gənclər Forumunu təsisçisi və tam hüquqlu üzvüdür.
| B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
Tel./Fax: (+99412) 564 90 13/14


















