Məlumat
Fuad Muradov həm millət vəkili, həm də gənclər siyasəti sahəsində fəaliyyəti çərçivəsində beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi, Azərbaycan həqiqətlərinin və Dağlıq Qarabağ münaqişəsinə dair məlumatların dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edir.
2002-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Katibi vəzifəsində fəaliyyətə başlayan Fuad Muradov həmin il Milli Şuranın BMT- nin İqtisadi və Sosial Şurasının məşvərətçi statusunu əldə etməsini Nyu-Yorkda müdafiə edir. 2002-2004-cü illərdə Avropa Gənclər Forumunun Maliyyə-nəzarət komissiyasının sədri vəzifəsinə seçilir. 2005-ci ildə Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Avropa ölkələri üzrə əlaqələndiricisi seçilir.
Hər il bir neçə nüfuzlu beynəlxalq gənclər toplantıları, seminar, təlim və konfransların Bakıda keçirilməsində xüsusi rolu olan Fuad Muradov Azərbaycan gənclərinin və gənclər təşkilatlarının beynəlxalq aləmə inteqrasiyası, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi və beynəlxalq aləmdə təmsilçiliyinin yüksəlməsində əvəzsiz xidmətlər göstərmişdir. Onun dəstəyi ilə bir neçə gənclər təşkilatı beynəlxalq birliklərə üzv seçilmiş, minlərlə gənc Azərbaycanı xaricdə təmsil etmişdir.
Fuad Muradov Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir. Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
2006-cı ildə Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun üzvü olmuşdur.
2008-ci ildən etibarən Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının BMT Korrupsiyaya qarşı Konvensiyası üzrə Qlobal İşçi Qrupunun üzvüdür.
İngilis, fransız və rus dillərini bilir.
| B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
Tel./Fax: (+99412) 564 90 13/14


















