Alternativ və bərpa olunan enerji ilə əlaqədar İslandiya və Almaniyaya səfər
Avqustun 13-dən başlayaraq Milli Məclisin deputatı Fuad Muradov və Dövlət Neft Şirkətinin nümayəndələri alternativ enerji mənbələrinin öyrənilməsi və bu istiqamətdə mövcud olan qanunvericilik bazasının Azərbaycan təcrübəsində istifadə olunması üçün Avropaya səfərdədirlər. Millət vəkilinin mətbuat xidmətinin məlumatına görə Fuad Muradov İslandiyada bir səra görüşlər keçirib. İlk olaraq İslandiyanın Sənaye, Enerji və turizm nazirliyinin baş katibi cənab Kristijan Skarheninson və siyasi məsələlər üzrə müavin Kolbeinn Marteinsson millət vəkilinin görüşü olub. Görüş zamanı Azərbaycan haqqında geniş məlumat verən millət vəkili Fuad Muradov İslandiya ilə Azərbaycan arasında turizm imkanları haqqında fakir mübadiləsi aparıb. Millət vəkili İslandiyanın Enerji problemləri Üzrə Elmi Tədqiqat Müəssisəsinin rəhbəri cənab Olafur G. Flovenz ilə də görüşüb. Görüş zamanı alternative və bərpa olunan enerji mənbələri, onun inkişafı və perspektivləri barədə geniş müzakirələr aparılıb. Eyni zamanda qanunvericilikdə lazım olan tənzimləmələrin Azərbaycan realığında istifadə olması da bildirilib.
Millət vəkili günün ikinci yarısı Reykyanes şəhərində yerləşən geothermal enerji stansiyasında olub. Burada yeni texnologiyalardan istifadə nəticəsində ətraf mühitə heç bir tullantı atılmır. Qeyd edən ki, bu təcrübənin Azərbaycanda da tətbiq edilməsi mümkündür.
Arxiv
| B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
Əlaqə
Tel./Fax: (+99412) 564 90 13/14


















