Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin səfəri

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Avqustun 17-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Litva Respublikası Milli Dirçəliş Partiyasının sədri, Litva Seyminin xarici əlaqələr komitəsinin və Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Arunas Valinskasın başçılıq etdiyi nümayəndə heyətini  qəbul etmişdir.

Görüşdə Spiker demişdir ki, Azərbaycan –Litva əlaqələri yüksələn xətlə inkişaf edir. Bu işdə dövlət başçılarının, hökumət və parlament rəhbərlərinin keçirdikləri görüşlər, aparılan danışıqlar mühüm rol oynamışdır. Ümid edirik ki, Sizin bu səfəriniz parlamentlərimiz arasında münasibətlərin genişlənməsinə yeni töhfə verəcəkdir. Söhbətdə qeyd edilmişdir ki, Milli Məclis bütün Avropa ölkələrinin parlamentləri ilə sıx əməkdaşlıq edir.  Litva ilə əlaqələrimiz isə xüsusi səciyyə daşıyır. Azərbaycan qanunlarının Avropa standartlarına uyğunlaşdırılması və təkmilləşdirilməsi baxımından parlamentlərin aparat əməkdaşları qarşılıqlı təcrübə keçirirlər. Hər iki ölkənin qanunvericilik orqanları “Tvinninq” layihəsi çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Avropaya inteqrasiya baxımından Litvanın kecdiyi yol bizim ücün cox maraqlıdır.Parlamentlərimizdəki dostluq qrupları da əlaqələrimizin inkişafında mühüm rol oynayırlar. İstərdik ki, bu əməkdaşlıq daha da  inkişaf etsin.

Arunas Valinskas onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edərək Azərbaycanda olmaqdan məmnun qaldıqlarını bildirmişdir. O, belə bir inamı ifadə etmişdir ki, deputatlarımızın,  aparat nümayəndələrinin “Tvinninq” layihəsi çərçivəsində  əməkdaşlığı böyük səmərə verəcəkdir. Biz münasibətlərimizin daha da genişlənməsinin  tərəfdarıyıq və Bakıya səfərin əsas məqsədi də bununla əlaqədar fikir mübadiləsi aparmaqdır. Azərbaycan iqtisadi cəhətdən də sürətlə inkişaf edir. Litva Azərbaycanın Avropaya inteqrasiyasına hər cür köməklik göstərməyə hazırdır.

Söhbətdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında  fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, deputat  Fuad Muradov və digər rəsmi şəxslər iştirak edirdilər. 

 

Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Əlaqə

Tel./Fax: (+99412) 564 90 13/14

fmuradov@fmuradov.az
www.fmuradov.az