2011-ci ilin 30 sentyabr tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN IV SESSİYASI İCLASI
30 sentyabr 2011-ci il.
F.Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, mən də sizi payız sessiyasının açılışı ilə bağlı ürəkdən təbrik edirəm. Hesab edirəm ki, qabaqda çox vacib işlərimiz var. Bir neçə məsələyə, Ziyafət müəllim, çox qısa olaraq münasibətimi bildirmək istəyirəm. Bilirəm ki, vaxtımız azdır.
Birinci məsələ vətəndaşların qeydiyyatı ilə bağlı məsələdir. Cənab Prezident öz çıxışında qeyd etmişdir ki, hər bir vətəndaşı artıq 20–30 ildən çox yaşadığı yerdə qeydiyyata salmaq lazımdır. Bu gün Səbail rayonunda çox böyük problemlər yaşanır. Mənə müraciət edənlərin hər beşindən birinin qeydiyyat problemi mövcuddur. Ya dostunun ünvanına yazılıb, ya da başqa bir yerə. Öz yaşadığı yerdə qeydiyyatda deyil. Bu, axı, böyük problemli məsələ deyil. Uşaqlar məktəbə gedəndə bu problemlə üzləşirlər, çünki şəxsiyyət vəsiqələrində qeydiyyat yoxdur. İşə düzələndə həmin problemlə üzləşirlər. Digər tərəfdən də, Bakı Şəhər İcra Hakimiyyəti tapşırıq verib ki, hələ heç bir insanı qeydiyyata götürməyin. Bu nə vaxta qədər belə olacaq? Artıq 5 ildən çoxdur, orada yaşayan insanların bir çoxunun qeydiyyat problemləri mövcuddur. Mən xahiş edirəm ki, həmin məsələyə biz bu sessiyada baxaq. Qanunla müəyyən edilsin ki, insanları hansı meyarlara görə qeydiyyata salmaq olar və ya olmaz? İnsanlar da bilsinlər ki, vəziyyət nə cürdür.
İkinci məsələ Qarabağ veteranlarının, əlillərinin sosial təminatı ilə bağlı məsələdir. Yenə də həm mənzil, həm də kompensasiya problemidir. Bu gün onlara hər ay dövlət tərəfindən 20 manat kirayə pulu verilir. Təbii ki, onlar da çox çətinlik çəkirlər. Bu, böyük məbləğ deyil. Qanun şəklində həyata keçirmək üçün biz buna baxa bilərik. Artıq bu cür yanaşmaların da vaxtı çoxdan keçib. Biz buna baxmalıyıq. Qarabağ veteranıdır, ailəsi, uşaqları var. 15–20 il hərbi xidmətdə olub. Artıq qayıdıb, indi yaşamağa yeri yoxdur. Mən çox xahiş edərdim ki, biz bu məsələyə qayıdaq və payız sessiyasında buna baxaq. Təşəkkür edirəm.
| B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
Tel./Fax: (+99412) 564 90 13/14


















