2011-ci il 10 iyun tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN NÖVBƏDƏNKƏNAR III SESSİYASI İCLASI
10 iyun 2011-ci il.
F.Muradov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Artıq bir neçə vaxtdır ki, Azərbaycan Beynəlxalq Univer-siteti ilə onun keçmiş tələbələri arasında çox böyük narazılıq mövcuddur. Bununla bağlı mən özüm müxtəlif dövlət qu-rumlarına müraciət eləmiş və cavab almışam ki, hələ gözləmək lazımdır. Azərbaycan Beynəlxalq Universitetində təhsil alıb, diplomlarını ala bilməyən gənclər indi iş ilə bağlı müxtəlif yerlərə müraciət etsələr də, diplomları olmadığı üçün ixtisasları üzrə əmək fəaliyyəti ilə məşğul ola bilmirlər. Oqtay müəllim, bu məsələ elə də ciddi bir problem deyil ki, biz onu həll eləyə bilməyək. Dövlət tərəfindən lisenziya ver-ilmiş ali məktəbə daxil olub, orada 4–5 il təhsil almış gənclərin təqsiri deyil ki, sonda onlara ali təhsil haqqında sənəd verilməyib.
Düzdür, orada elələri də var ki, universitetə müxtəlif köçürmələr yolu və ya hansısa başqa yollarla daxil olublar. Ola bilsin, onların məsələsinə xüsusi baxılmalıdır. Amma universitet bağlanandan əvvəl 4–5 il burada oxuyan gənclərin diplom almaması çox ciddi bir problem yarada bilər. Bu gənclər Azərbaycan vətəndaşlarıdır və onların sayı kifayət qədərdir. Amma orada əcnəbi tələbələrlə də bağlı problemlər üzə çıxmışdır. Başqa ölkələrdən təhsil almaq üçün gəlib bu universitetə daxil olmuş xarici vətəndaşlar da son nəticədə diplom ala bilməmişlər. Ona görə məsləhət olardı ki, biz növbəti iclaslardan birində özəl universitetlərin fəaliyyəti və onlarda aparılan yoxlamaların, monitorinqlərin nəticələri ilə bağlı məsələyə baxaq. Çünki bir çox hallarda orada çox ciddi problemlər mövcuddur. Mən düşünürəm ki, biz, eyni zamanda, dövlət universitetləri ilə bağlı qanunvericiliyə də yenidən baxmalıyıq. Çünki orada da kifayət qədər çatışmazlıqlar və problemlər mövcuddur.
***
F.Muradov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əvvəla, mən düşünürəm ki, Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” Qanunda müvafiq dəyişikliklərin edilməsi çox sevindirici addım oldu. Ona görə fürsətdən istifadə edərək cənab Prezidentə öz təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan Prezidentinin bu humanist addımı bizdə ağsaqqallara, yaşlılara, Azərbaycan dövlətini quranlara böyük hörmətlə yanaşıldığının və dövlət tərəfindən onlara daim göstərilən qayğının daha bir parlaq təzahürüdür.
Əmək Məcəlləsinə edilən dəyişikliklə bağlı belə bir fikir yaranmamalıdır ki, bu məsələdə gənc nəsillə yaşlı nəsil arasında nəsə bir ziddiyyət və yaxud yaş həddi ilə bağlı gənclərin başqa fikri var. Sadəcə olaraq, bu, ölkədə cənab Prezi-dent tərəfindən yürüdülən siyasətdir. Bu gün Azərbaycan əhalisinin 65 faizi 35 yaşına qədər olan insanlardır. Müzakirəmizə verilən dəyişikliklər son nəticədə həmin insanlar, gənclər üçün müəyyən stimulun azalmasına gətirib çıxaracaq. Düzdür, bu gün yeni iş yerləri açılır, istiqamətlər genişləndirilir. Amma buna baxmayaraq, gənc üçün ən vacib olan məsələ onun həyatda – elmdə, iqtisadiyyatda, siyasətdə və digər sahələrdə özünü təsdiq etməsidir.
Təbii ki, bizim yaşlı müəllimlərə, professorlara, akademiklərə çox böyük hörmətimiz var. Çünki onlar vaxtilə Azərbaycan elminə, ümumiyyətlə, sovet elminə çox töhfələr veriblər. Amma bu gün zaman yenidir, 2011-ci ildir. Mən özüm də bu yaxınlarda müdafiə etmişəm və vəziyyəti dərindən bilirəm. Bu gün əksər ali təhsil ocaqlarında, Elmlər Akademiyasında çox böyük süstlük var. Halbuki başqa ölkələrdə vəziyyət tamam fərqlidir. Məsələn, bu gün Almaniyanın 70 faiz gəliri elmi tədqiqatlardan gəlir. Biz 70 faizdən danışmırıq, biz ancaq ondan danışırıq ki, bu elmi tədqiqatlar Azərbaycanda da həyata keçirilsin.
Bizim professorlarımız, elm adamlarımız hansısa bir arayışı yazmaq üçün gənclərə müraciət edirlər. O arayışları bütün institutlarda gənclər yazırlar. Hətta həmin professorların beynəlxalq simpoziumlarda, başqa mötəbər tədbirlərdə çıx-ışlarını da gənclər yazırlar. Biz bu reallığı bilirik. Biz bilirik ki, universitetlərdə, elmi tədqiqat institutlarında vəziyyət necədir. Təbii ki, bizim təcrübəli, bilikli insanlara həmişə ehtiyacımız olacaq.
Cənab Prezident tərəfindən istiqamət müəyyənləşdirildi və biz buna parlamentdə baxdıq. Bu gün artıq o istiqamətdə edilən dəyişiklikləri nəzərdən keçiririk. Bu, cənab Prezident tərəfindən bizim tərəfə bir jest idi ki, parlament nümayəndələri də bu məsələdə öz fikirlərini bildirsinlər. Keçən dəfə bunu dəstəklədik, bu dəfə artıq müəyyən məhdudiyyətləri işə salırıq.
Burada elə bir problematik məsələ yoxdur. Həyat hər şeyi öz yerinə qoyacaq. Sadəcə olaraq, onu bildirmək istəyirəm ki, bu gün istənilən yaşlı professor, ağıllı insan gənclərə dəstək olmalıdır. Necə ki, ulu öndər Heydər Əliyev olurdu. Cənab Prezidentimiz də hər zaman gəncləri irəliyə çəkir, gənclərə əl-qol açmaq, özlərini göstərmək imkanı verir.
Biz indi Əmək Məcəlləsinə dəyişiklik ediriksə, heç ol-masa, oraya “müəyyən müddətdə” sözlərini əlavə edək, ya-zaq ki, bu müəssisələrə yaş həddi müəyyən müddətdə şamil edilmir. Bu proses, axı, 20–30 il davam edə bilməz. Yəqin ki, 5–10 ildən sonra bu məsələyə bir daha qayıdacağıq. Təşəkkür edirəm, sağ olun.
Arxiv
| B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
Əlaqə
Tel./Fax: (+99412) 564 90 13/14


















