Tərcümeyi-hal

Muradov Fuad Rauf oğlu 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olmuşdur. 
 
1986-1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Neft Akademiyasının ətraf mühit və neft sənayesi fakültəsini bitirmişdir. 2002-ci ildə TEMPUS proqramı çərçivəsində magistr dərəcəsini alıb. Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantı olmuşdur. 
 
2010-cu ildə “Neftin ilkin emalı zamanı ətraf mühitə atılan tullantıların tərkibində radionuklidlərin analizi və paylanma qanunauyğunluqları” mövzusunda dissertasiya işini müdafiə etmişdir, kimya elmləri üzrə fəlsəfə doktorudur. 
 
10 elmi əsərin və monoqrafiyanın müəllifidir. 
 
İngilis, fransız və rus dillərini bilir. 
 
2001-2004-cü illərdə «ACEP» Azərbaycan Ekoloji Layihələr Mərkəzinin meneceri vəzifəsində çalışmışdır. 
 
2002-2004-cü illərdə Avropa Gənclər Forumunun Maliyyə-nəzarət komissiyasının sədri seçilmişdir. 
 
2004-cü ildən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədridir. 
 
2005-ci ildə Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Avropa ölkələri üzrə əlaqələndiricisi seçilmişdir. 

2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür. 
 
2005-ci ildə keçirilmiş III Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavi, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. 
 
2006-cı ildə Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun üzvü olmuşdur. 
 
2008-ci ildən etibarən Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının BMT Korrupsiyaya qarşı Konvensiyası üzrə Qlobal İşçi Qrupunun üzvüdür. 
 
2010-cu ildə keçirilmiş IV Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.  
 
2011-ci ildən  “Avronest” Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədridir.     
 
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının layihəsini hazırlayan işçi qrupunun üzvüdür. 
 
25 iyun 2011-ci ildən Krans Montana Forumunun “Sabah üçün yeni liderlər”in üzvüdür.  
 
Bitərəfdir. 
 
Evlidir, 2 övladı var.

Arxiv
first first Fevral, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29
Əlaqə

Tel./Fax: (+99412) 564 90 13/14

fmuradov@fmuradov.az
www.fmuradov.az